Roma papası I Fransisk Vatikanda Maliyyə nazirliyi yaratdı. Bu haqda məlumat Müqəddəs Taxtın mətbuat xidmətinə əsasən verilmişdir.
Yeni agentlik iqtisadi, administrativ siyasət və həmçinin illik büdcənin formalaşdırılması prosesi ilə məşğul olacaq. Maliyyə nazirliyinə isə avstraliyalı kardinal George Pell başçılıq edəcək. Başçı dünyanın müxtəlif regionlarını təmsil edən 8 kardinalın daxil olduğu iqtisadi şuraya tabe olacaq.
İslahatlar çərçivəsində Müqəddəs taxtın Kilsə əmlakı idarəsi Vatikanın Mərkəzi bankına çevriləcək. Maliyyə sistemində aparılan islahatlar Papa tərəfindən 2013-cü ildə yaradılmış kardinal komissiyasının məsləhətlərindən biri idi.
2010-cu ildə Dini işlər üzrə instituta nəzarət etmək üçün dövlətdə Maliyyə məlumatlarının idarə edilməsi təşkilatı yaradılmışdı. 2012-ci ildə isə Dini işlər üzrə institutda qalmaqal baş verir və onun rəhbəri Ettore Tedeski istefaya göndərilir. Tedeski-nin istefaya göndərilməsi Vatikan bankında çirkli pulların yuyulması şübhələri fonunda baş vermişdi.