15 C
Baku
Friday, March 29, 2024

Vaxta qənaət etməyin ən asan yolu – Şüurlu giriş, şüurlu çıxış

Bir müştərim var. Adı Tamaradır, Minnesotada zərgər kimi çalışır. 

Son görüşdə onun qarşısında olduqca mətin bir vəzifə qoydum – üç həftəlik istirahət etmək. 

Tamara, bir çoxumuz kimi, bu tapşırıqla bağlı qarışıq hisslər keçirdi. (Axı, mədəniyyətimizdə buna öyrəşməmişik.)

Bu normaldır? O sonradan peşman olacaqmı? İşdən tamamilə uzaqlaşmaq lazımdırmı? Hər gün poçt qutusunu yoxlamaq işə qayıtmaq deməkdirmi? Yoxsa bu yeganə ağlabatan yoldur?

Bütün bunlar əla suallardır. 

Tamara rəhbərdir və belə olan təqdirdə işdən tamamilə uzaqlaşmaq mümkünsüz bir şeydir, çünki o vacib qərarlar qəbul etməli, üzən gəmiyə istiqamət verməlidir. 

 Mən Tamaraya sual verdim: “Növbəti üç həftə ərzində işə gündə 30 dəqiqə və ya daha az vaxt ayıra bilərsinizmi?” O bir qədər düşündü və “bəli” dedi. 

Daha sonra mən ona verdiyim tapşırığı bir qədər konkretləşdirdim:

Növbəti üç ayda hər gün 30 dəqiqəlik fasilə götürmək və yalnız həmin müddət ərzində iş məsələləri ilə məşğul olmaq – kompüteri yandırmaq, 30 dəqiqəni işə sərf etmək və yenidən söndürmək. Elə bu. Əgər bu və digər məsələ 30 dəqiqədən daha az vaxt alıbsa, kompüteri daha tez söndürmək. Əgər daha çox vaxt alıbsa, işin qalan hissəsini sabaha təxirə salmaq. 

O da bunu edirdi. “İşləmək” əvəzinə, Tamara kompüteri 30 dəqiqəyə açır, yalnız aktual problemləri həll edir, sonra kompüteri bağlayır və günün sonuna qədər iş barədə düşünmür.

laptop security
Noutbuk

Bu, istirahət və ya e-poçtla iş ilə əlaqəli olub-olmamasından asılı olmayaraq idarəçilər üçün vacib bir strategiyadır. 

ŞGŞÇ- Şüurlu giriş, şüurlu çıxış.

Bunu edin və layihələr sürətlə irəliləyəcək, stress geri çəkiləcək həyatda bütün vacib şeylər üçün vaxt, pul və enerji ehtiyatları xilas olacaqdır. 

Hər hansı bir vəzifəni icra etməzdən əvvəl iki sadə qərar verərək dərhal ŞGŞÇ bacarıqlarınızı inkişaf etdirməyə başlaya bilərsiniz.

Birincisi, “giriş” in nə olduğunu siz müəyyən edirsiniz

Çox vaxt etdiyimiz işi təsvir etmək üçün qeyri-müəyyən və “bulanıq” sözlərdən istifadə edirik. İşə gedirik. Sosial şəbəkələrə daxil oluruq. Kitab üzərində işləyirik. İşləri nizama salırıq. Əldən verdiyimiz şeyləri qazanmağa çalışırıq. 

Bu  terminlərdən hərəkətləri qısaca xarakterizə etmək üçün istifadə edirik, buna görə də məqsədimizi dəqiqləşdirmədən ümumi istiqamətdə gedirik. 

Və bunun məntiqi əsası var. Mağazaya gedərək “yemək alacağıq” deyirik, çünki “süd, yumurta, qatıq …” və daha bir səbət ərzaq almağı düşünürük demək dəlilik olardı. 

Lakin “ərzaq almaq” anlamının nə olduğunu bilmiriksə, bu sistem dağıdıcı ola bilər. Əgər almaq istədiyiniz ərzaqların dəqiq siyahısını götürməyib mağazaya gediriksə, başımıza hər şey gələ bilər. 

Siz ərzaqlarla dolu olan rəflər arasında gəzərək, dəqiq olaraq nə alacağınızı müəyyən edə bilməyəcəksiniz. Və əlbəttə ki, tamamilə lazımsız şeyləri alıb mağazanı tərk edəcəksiniz. Bu “ərzaq almaq” deyil, “hər şeyin yaxşı qurtaracağına ümid edərək mağazanı boşu-boşuna fırlanmaq” dır. 

Əgər üstünüzdə alacağınız ərzaqların siyahısını götürsəydiniz, hər şey çox sadə olardı. Siz mağazadan daha tez çıxa bilərdiniz. Və bu hər bir şeyə aiddir. 

Əgər bu gün siz təşkilati işlərlə məşğul olub bütün faylları bir yerdə saxlamaq lazım olduğunu başa düşürsünüzsə, bu o demək deyil ki yeni kartoteka almalısınız. Bu o demək deyil ki, siz məhsuldarlığın sirləri haqda oxumalısınız. Bu o deməkdir ki, bütün faylları sadəcə bir araya gətirmək lazımdır. 

Əlbəttə ki, siz digər işləri də edə bilərsiniz. Sadəcə indi yox. Birinci bu işi bitirin, sonra o biri işə keçin. Şüurlu olaraq dərk etməlisiniz ki, hal-hazırda yalnız və yalnız fayllarla məşğul olacaqsınız. 

Bu çox önəmli bacarıqdır – hal-hazırda nə etməli olduğunuzu anlamaq, dərk etmək. 

Bu şüurlu yanaşmadır. 

İkincisi, çıxış üçün (çıxış etməzdən əvvəl) kriteriyaları müəyyən edirsiniz

“İşə getmək” və ya bloqda post yazmaq kimi işlər yorucudur və vaxt tələb edirlər, çünki nə vaxt dayandacağımızı şüurlu şəkildə dərk edə bilmirik. 

Müvəffəqiyyətə inanmayıb bir şey etməyə başlayanda, fikrimizi yayındıran faktorlar və fantaziyalar üçün açıq oluruq. İşin sonu olmadığı üçün sonsuz görünür. Biz məqsədi müəyyən etmədik, ona görə də tapşırıq ilə bağlı olan hər şey onun tərkib hissəsi kimi görünür. Və bu çətindir. 

Finişin harada olduğunu şüurlu şəkildə görəndə ona çata bilərsiniz. Bu məsələdən uzaqlaşa və sizin üçün daha vacib olan başqa bir şeylə məşğul ola bilərsiniz. 

censorship limitations freedom of expression restricted 39584Nə vaxt çıxacağınıza dair qərar, üç göstəricidən birini seçməyi əhatə edir:

  • Nailiyyət. Bloq üçün yazdığınız giriş tamamlandıqda dayanacaqsınız. 30 dənə elektron məktub topladıqdan, üç yeşiyi açıb yerbəyer etdikdən sonra dayanacaqsınız.
  • İnformasiya. Ödəniş prosesinin başa çatdığını öyrəndikdən sonra “Inbox” qovluğundan çıxacaqsınız. Öyrənmək istədiyiniz ifadəni dəqiqləşdirəndən sonra brauzeri bağlayacaqsınız. 
  • Zaman. Qonaq otağını yığışdırmaq üçün 45 dəqiqə vaxt ayırırsınız. Siz Facebook-dakı auditoriyanızla gündə 20 dəqiqə ərzində danışacaqsınız. Tapşırıqlar arasında 15 dəqiqəlik fasilə edəcəksiniz. 

Bütün bunlar sual-cavab kontekstində sadə görünsə də, biznes və şəxsi fəaliyyət sahəsində müəyyən çətinliklərlə üzləşirik. Lakin cəsarət edib bu yanaşmanı biznesinizə münasibətdə istifadə etsəniz, hər şeyin nə qədər sadə olduğunu başa düşəcəksiniz. 

Siz özünüzü günahkar hiss etməli deyilsiniz. Əgər seçiminiz doğru olmayıbsa, heç nə olmaz. Bir işi bitirəndən sonra növbəti işə keçin. 

Şüurlu giriş və şüurlu çıxış. Və hər şey sadələşir

Şüurlu giriş – bir dəfəyə bütün diqqəti yalnız bir məsələnin üzərində cəmləşdirmək öhdəliyidir. 

Şüurlu çıxış – işi başa çatmasını gördükdə fəaliyyəti dayandırmaq öhdəliyidir. 

ŞGŞÇ yanaşmasını istifadə etsəniz, özünüzü məmnun hiss edəcəksiniz. Qalib gəlmək xoş hissdir. Siz yeni qələbələr istəyirsiniz. Və bir müddət sonra – olduqca qısa – həqiqətən də biznes və həyatınızı tam olaraq nəzarət altına götürdüyünüzü hiss edəcəksiniz. 

Qarşısını konkret məqsədlər qoyan insanlar demirlər: “Gün necə gəldi-getdi hiss etmədim”. Onlar günü nəyə xərclədiyini dəqiq bilirlər. 



Son xəbərlər
Digər xəbərlər