15 C
Baku
Friday, April 26, 2024

Vaxtı ilə ölkənin ən böyüklərindən biri olmuş BOKT kredit portfelini satışa çıxarıb

Ləğv prosesində olan BOKT “Vijn Fond Azərkredit” MMC açıq hərrac keçirəcək.

Banker.az xəbər verir ki, hərrac 4 dekabr 2019-cu il tarixində saat 12:00-da BOKT-un kredit portfelinin alqı-satqısı müqaviləsinin açıq hərrac yolu ilə bağlanması məqsədilə keçiriləcək. Kredit təşkilatları, hamçinin əsas fəaliyyəti maliyyə xidmətlərinin göstərilməsi olan digər hüquqi şəxslər hərracda iştirak edə bilər.

Bildirək ki, sonuncu dəfə BOKT-un audit hesabatı “Baker Tilly Azərbaycan” MMC audit şirkəti tərəfindən 2016-ci ildə (31 dekabr) aparılıb. Həmin hesabat zamanı göstərilir ki, adıçəkilən kredit təşkilatının 18,2 mln. manatlıq həmin tarixdə kredit portfeli vardır. Halbuki, öncəki ildə bu portfelin həcmi 64,93 mln. manat olub.

Bu BOKT həmçinin son illərdə əmlaklarını da satışa çıxarıb.

“Vijn Fond Azərkredit” ABŞ-ın  “Vison Fund International”, “Luksenburqun Rural Inplus FUND” və Niderlandın “Belegginsinistelligen” adlı şirkətləri tərəfindən təsis edilib.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər