10 C
Baku
Thursday, December 12, 2024

Vaxtı keçmiş “Gülüstan” sularının satışı dayandırıldı

Qanunsuz fəaliyyət göstərən ərzaq satışı mağazasında istifadə müddəti bitmiş “Gülüstan”, “Zolotoy sad” meyvə şirələri aşkarlanıb.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi üzrə dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub.

Belə ki, mağazada ümumi çəkisi 153 kq olan 44 adda, müxtəlif çeşiddə istifadə müddəti bitmiş yeyinti məhsullarının (şirniyyat, meyvə şirəsi, qazlı içki, konservləşdirilmiş balıq məhsulu və şokolad yağı) satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız 153 kq qida məhsulunun satışı qadağan edilib.

 

Son xəbərlər
Digər xəbərlər