Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il dekabr 1-nə 1 442,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir ki, bu, noyabrın 1-i ilə müqayisədə 4,85% və yaxud 66,7 mln. manat çoxdur.
İlin əvvəlinə nisbətən problemli kreditlər 66,2 mln. manat və yaxud 4,4% azaldığı halda, son bir ildə 17,3% və yaxud 212,7 mln. manat artıb.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı ötən il noyabrın sonuna 8,9%, oktyabrın sonuna 8,7%, ilin əvvəlinə 6,9%, 2015-ci il noyabrın sonuna isə 6,6% olub.