5 C
Baku
Saturday, December 14, 2024

Vaxtı keçmiş kreditlərin payı 6%-ə düşdü

1 iyun 2021-ci il tarixinə Azərbaycan banklarının vaxtı keçmiş kreditlərinin həcmi açıqlanıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından bildirilir.

Hesabat dövrünə olan məlumata görə, ölkədə bank sektorunun vaxtı keçmiş kreditlərinin həcmi 906.9 milyon manat təşkil edib. Bu da cəmi kredit portfellərinin 6%-i deməkdir. Qeyd edək ki, bir ay öncə bu rəqəm 6.15% təşkil edirdi.

May ayının son gününə olan məlumata görə, bankların kredit portfelinin həcmi 15 067.1 milyon (15.06 mlrd) manat olub. Burada, 10 927 milyon manatı milli valyutada, 4 140.1 milyon manatı isə xarici valyutada verilən kreditlərdir.

Milli valyutada vaxtı keçmiş kreditlərin payı 6.27%, xaricidə isə 5.35% təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər