14 C
Baku
Thursday, May 16, 2024

Vaxtilə hərbçilərin ixtira etdiyi yeniliklər

Vaxtilə hərbçilərin ixtira etdiyi bir çox yeniliklər hazır ki dövrümüzdə ikinci həyat tapmışlar. Onların bir neçəsi ilə tanış olaq:

GPS sistemi

İndi GPS (Global Positioning System – Qlobal Mövqetəyinetmə Sistemi) hətta mobil telefonlarda da mövcuddur. GPS sistemi 1990-cı illərdə ABŞ Müdafiə Nazirliyi tərəfindən yaradılmışdı. 1996-cı ildə prezident Klintonun sərəncamı ilə bu sistem mülki istifadəçilər üçün də mümkün oldu.

Sublimasiyalı qurutma

Hazırda bizim qidalarımızın bir çoxu uzun müddət saxlanmaq üçün qurudulur. Bu bizə ABŞ-ın hərbçilərə dəstək üçün göstərdiyi xidmətlərdən sonra gəlib çıxmışdır. Əvvəllər, daha dəqiq ikinci dünya müharibəsi zamanı hərbçilərin paltarları yuyulduqdan sonra bu üsulla möhürlənirdi.

Şəxsin özünə inyeksiya etməsi üçün şprislər

Şəxsin özünə heç bir bacarıq və həkim tələb etmədən iynə vura bilməsini təmin edən bu şprislər müharibə şəraitində əsas olaraq əsgərlərin həyatını xilas etməyə yönəldilmişdir. Belə ki, məsələn, əsgərlər bu şprislərlə bir çox kimyəvi silahların təsirindən yaranan allergik reaksiyaların qarşısını ala bilirdilər.

Çoxcibli yük şalvarları

Belə şalvarlardan hərbçilər 1930-cu illərin sonlarından etibarən istifadə etməyə başlamışdılar. Mülki vətəndaşlar arasında isə bu 1990-cı illərdə dəbə düşmüşdü.

Veterinar klinikaları

Hazırda hər yerdə veterinar klinikalarına rast gəlmək mümkündür. Əvvəllər isə bu işlə yalnız hərbçilər məşğul olurdu, belə ki, onların dörd ayaqlı dostları həmişə hazır vəziyyətdə olmalı idilər.

Yapışqan lentlər – skotç

1942-ci ildə skotç məhz hərbçilər üçün ixtira olunmuşdu. Belə ki, bu yapışqanlı lentlərlə onların döyüş sursatları izolyasiya olunaraq suya düşməsinin qarşısı alınırdı.

Kanisterlər

Kanisterlər də 1930-cu ildə hərbçilər üçün yaradılmışdı. Bu kanisterlərdə lazımi yanacaq daşınırdı.

Jeep

Jeep – də ikinci dünya müharibəsi zamanı keçilməz ərazilərdən rahat şəkildə keçmək üçün xüsusi olaraq hərbçilər üçün yaradılmışdı.

Kompyuterlər

ENİAC – müxtəlif tapşırıqları yerinə yetirmək qabiliyyətinə sahib ilk elektron kompyuter İkinci Dünya müharibəsi zamanı ABŞ ordusu üçün hazırlanmışdı. Bu ilk olaraq, mərminin ballistik qabiliyyətlərini hesablamaq üçün ixtira edilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər