27 C
Baku
Saturday, April 27, 2024

Vaxtın idarə edilməsində ən çox yol verilən 10 səhv

Şəxsi inkişafın öyrənilməsi ilə məşğul olan ən məşhur ingilisdilli saytlardan biri Mind Tools insanların Time Management sahəsində yol verdiyi ən tipik səhvlərin siyahısını açıqlamışdır. Gəlin bu siyahını müzakirə edək. Bəlkə siz də orada, həm də sizə xas olan, lakin bu vaxta qədər diqqət yetirmədiyiniz bəzi səhvləri aşkar edəcəksiniz?

Hər şeydən öncə vaxtı idarə etmək qabiliyyəti nəyə lazımdır? Baxın, Mind Tools bu suala necə cavab verir: biz vaxtı səmərəli şəkildə idarə edə bildikdə, bizim məhsuldarlığımız artır və stress səviyyəsi aşağı düşür. Biz xilas etdiyimiz vaxtı gələcəkdə daha çox perspektiv vəd edən maraqlı proyektlərə sərf edə bilərik. Qısa şəkildə desək, biz onda daha xoşbəxt oluruq!»

Səhv №1. Müntəzəm olaraq görüləsi işlərin siyahısının tutmaq vərdişinin olmaması

Hərdən elə hallar olur ki, adama gəlir, o işin hansı isə vacib hissəsini etməyi yaddan çıxarıb, yəqin bu sizin də başınıza gəlib. Əgər belədirsə, deməli siz tamamı ilə, ya da müntəzəm şəkildə gördüyünüz işlərin siyahısını tutmursunuz (istər gündəlikdə, istər də kompüterdə). Ya da ondan effektlə istifadə etməyi bacarmırsınız.

Səhv №2. Şəxsi hədəflərin olmaması

Siz altı aydan sonra nə əldə etmək istədiyinizi bilirsiniz? Bəs bir ya on il sonra, necə? Əgər cavab yoxdursa, onda siz təcili olaraq özünüz şəxsi hədəflər təyin etməklə məşğul olmalısınız, Mind Tools belə hesab edir.
«Şəxsi hədəflər vaxtın savadlı idarə olunmasından ötrü həyati vacib əhəmiyyət daşıyır, çünki bu hədəflər sizdə nəyə can atmalı olduğunuz haqqında təsəvvür yaradır. Siz hansı istiqamətdə hərəkət etməli olduğunuzu biləndə, öz vaxt imkanlarınız, prioritet və resurslarınızı arzu olunanı əldə etmək üçün daha yaxşı idarə edirsiniz.

Səhv №3. Prioritetləri səmərəli, savadlı şəkildə düzmək vərdişinin olmaması

Məsələn siz rəhbərlik  üçün yeni vacib layihə analitik yazı hazırlayırsınız və hiss edirsiniz ki, məsələnin ən effektiv formada necə həll etməyə necə nail olmağın sizə agah olmasının bir addımlığındasınız. Elə bu zaman sizin otağınıza bir həmkar daxil olur və  sizə baş vermiş bir böhran vəziyyəti haqqında xəbər verir, bu vəziyyət isə mütləq sizin müdaxilənizi tələb edir. Nə seçməli? Yenə də vacib məruzəni yazmağa davam etmək, ya problemi aradan qaldırmağa qaçmaq?  Prioritetləri necə düzmək olar?

Prioritetləri sıralamaq elə də asan deyil, lakin bunu öyrənmək mümkündür və eyni zamanda çox vacibdir. Effektiv prioritet bölgüsünün ən vacib aləti isə -Eyzenxauer Matrisasıdır. Onun haqqında məqalə oxuyun və onun əsasında qurulmuş pulsuz gündəlik yükləyin.

Səhv №4. Diqqət yayındırıcı faktorları idarəetmə səriştəsinin olmaması

Siz bilirsinizmi ki, tədqiqatlara əsasən diqqət yayındırıcı faktorlar gündəlik iş vaxtının iki saata qədərini yeyir? Təsəvvür edin ki, bu vaxtı sizə geri qaytarmaq mümkün olsa idi, həmin müddət ərzində nə qədər iş görməyi çatdırardınız!

Diqqət yayındırıcı faktor qismində, elektron ünvana gələn məktublar, telefon zəngləri, müxtəlif çatlarda ünsiyyət və işçilər ilə olan söhbətlər çıxış edə bilər. Heç də məcbur deyil ki, söhbətlər işdən kənar mövzuda olsun, yəni bütün bunlar sizin işiniz bir hissəsi ola bilər. Problem heç də o deyil ki, siz işdə başqa nə iləsə məşğulsunuz,  məsələ ondadır ki, diqqət yayındırıcı faktorlar sizi «axından» çıxarır. Axın deyəndə isə biz sizin oturub sakit işlədiyiniz məhsuldar əmək prosesini nəzərdə tuturuq. Məhz bu zaman biz öz işimizə 100% yüklənmiş oluruq.

Əgər siz öz iş gününüzə nəzarət etmək istəyirsinizsə, onda diqqət yayındırıcı faktorları idarə etməyi öyrənin.  Məsələn, siz öz iş masanızın üzərində balaca «məşğul/azad» sözləri yazılmış lövhə qoya bilərsiniz. Çalışın ki, iş yoldaşlarınız başa düşməyə öyrəşsinlər ki, sizi nə vaxt narahat etmək olar, nə vaxt isə yox. Həmçinin «Elektron poçtu necə ram etmək» haqqında da məqalə oxuyun.

Səhv №5. Prokrastinasiya

Prokrastinasiya – yerinə yetirilməli olan işin icrasını sonraya saxlamaq və ya ləngitməkdir. işə başlamağı ləngitdikdə siz buna görə özünüzü günahkar hiss edirsiniz və məhz bu səbəbdən sizi bu işi etməkdən lap zəhləniz gedir. Bu qapalı dairə sonda onunla nəticələnir ki, siz işi vaxtında təhvil ver bilmirsiniz.

Səhv №6. Həddindən artıq işin altına girmə vərdişi

İnsanlara «yox» demək sizə nə qədər çətin görünür? Digər tərəfdən isə, öz üzərinə qaldıra bilməyəcək qədər ağır yük götürmək, prioritetləri düzgün sıralaya bilmək bacarığının olmaması ilə bağlı ola bilər.

«Bu iş keyfiyyətinin aşağı düşməsinə, stressə və demotivasiyaya gətirib çıxara bilər-Mind Tools belə qənaətdədir, -ya da siz «mikro-menecer» kompleksinə yoluxa bilərsiniz, belə ki, bu sindroma yoluxmuş adam situasiyaya tam nəzarət etməyə can atır, buna görə də hər şeyi, çünki inanmır ki, kimsə işi ondan daha keyfiyyətli şəkildə görə bilər. Bu kompleksdən əziyyət çəkən təkcə rəhbərlər deyil».

«Yox» demək sizə nə qədər çətin görünsə də bunu etməyi bacarmalısınız.

Səhv №7. Məşğulluq hissindən həzz almaq

Vinni Pux haqqındakı nağılda olan Dovşanı xatırlayırınız. Bu sözlər elə ona aiddir: Vacib tapşırıqların həllini son ana saxlamaq, diqqət tələb edən bir yığın kağız-kuğuz, ardı-arası kəsilməyən telefon zəngləri… Bütün bunlar insanda əsl adrenalin yüksəlməsinə səbəb ola bilər. Lakin sonda o bir asılılığa çevrilir və bu qaynar aktivlik fonunda iş öz mahiyyətini və nəticəsini itirir.

«Problem ondadır ki, məşğulluğa olan bu ehtiras, çox nadir hallarda həm də effektivlik ilə uzlaşır, yəni bir ahəng təşkil edir və sonda çox ciddi stressə gətirib çıxara bilər», Mind Tools bildirir.

Səhv  №8. Eyni zamanda çox iş görmək

 Bu problem daha çox kişilərə sirayət edir, nəinki qadınlara. Çünki tədqiqatlara əsasən bir neçə işi eyni vaxtda görmək qadınlar üçün daha asandır. Lakin hətta qadınlarda da eyni vaxtda həm müştəri ilə telefonda danışmaq, həm də məktub yazmaq, sonda hər iki için icrasında çox ciddi səhvlər ilə yekunlaşa bilər.

Əgər diqqəti məhz bir tapşırığın icrasında cəmləsək, sonra isə tapşırıqlar prioritetlər ardıcıllığına uyğun şəkildə həyata keçirsək, işin keyfiyyəti kifayət qədər yüksələcək və stressin səviyyəsi aşağı düşəcək.

Səhv № 9. İşdə fasilələrin yoxluğu

Belə müəyyən olunub ki, fasiləsiz iş də məhsuldarlığı eyni qədər aşağı salır, necə ki, daimi çay və siqaret fasilələri müşahidə olunan tənəffüslər. Hər şeydə qızıl orta qaydasını qorumaq lazımdır. İş fasilələri heç də vaxt itkisi kimi qəbul olunmalı deyil. Onlar beyinə müəyyən qədər istirahət imkanı yaradır, bu isə bəzi məsələlərin həlli ilə bağlı intuitiv çıxış yollarını tapmağa kömək edə bilər. «Əlbəttə heç vaxt naharsız qalmaq olmaz. Ac mədə ilə keyfiyyətli iş görmək olmaz», Mind Tools bildirir.

Səhv № 10. Iş günün qeyri effektiv şəkildə planlaşdırılması

Siz torağaysınız ya bayquş? (ya da başqa cür soruşaq, siz gündüzlər daha məhsuldar olursunuz, ya axşamlar?) Ən çox enerji qabarması sizdə nə vaxt müşahidə olunur? Naharın həzm olunması üçün sizə nə qədər vaxt lazımdır? Bəlkə nahardan sonra elektron poçtuna əl gəzdirmək lazımdır? Gün ərzindəki iş prosesinin tapşırıqlarını savadlı şəkildə sıralamaq sizin işin səmərəliyini kəskin şəkildə yüksəldə bilər.

Yekun

Vaxt idarə edilməsi üzrə bacarıqların təkmilləşdirilməsinin ən səmərəli üsullarından biri- səhvlərin qəbul edilməsi və düzəldilməsidir–son olaraq Mind Tools bildirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər