2 C
Baku
Saturday, December 14, 2024

“Vaxtında görülən tədbirlər nəticəsində valyuta bazarında situasiya normallaşıb”

“Mart ayının birinci ongünlüyündə bütövlükdə pandemiya, karantin tədbirləri və OPEC sazişlərinin uğursuzluğu təbii ki, bizim əsas maliyyə bazarlarımıza, valyuta bazarımıza ciddi təsir göstərdi”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.

“Həmişə olduğu kimi, xüsusilə də nağd pul sahibləri tərəfindən ajiotaj, dollarizasiya problemləri başladı və bir çox ciddi pik tələblərlə rastlaşdıq. Lakin vaxtında görülən tədbirlər nəticəsində artıq situasiya normallaşıb. Demək olar ki, situasiya martın əvvəllərində, yaxud ilin əvvəlində olduğu səviyyəyə çatıb və bu istiqamətdə işlərimizi davam etdiririk”, – deyə o, qeyd edib.

©Report

Son xəbərlər
Digər xəbərlər