13 C
Baku
Saturday, November 23, 2024

Vaxtında verilməyən qərarlar – Bakı Nəqliyyat Agentli

Bakı Nəqliyyat Agentliyinin rəsmisinin açıqlaması böyük səs-küyə səbəb olub. Gəlin bu məsələnin dərinliyinə gedək və indiki vəziyyəti təhlil edək. Sovet dövründəki taksiyə hər adam minməyir məsələsi dövlət sistemi ilə tənzimlənirdi. Sarı rəngdə olan “Volqa-24” avtomobillərində sayğac quraşdırılmışdır. Sürücü yalnız aylıq maaş alırdı. Qoyulan plan isə sayğacla tənzimlənirdi. İndi isə sistem təmamilə dəyişib. Kominist qanunları ilə müqayisə etmək düzgün deyil. Səbəb isə kapitalizm sistemində rəqabətlilik olmalıdır. Bakı şəhərində adi bir yolu qət etmək üçün əvvəllər sürücülər yüksək qiymət oxuyurdu. İndi isə taksi şirkətləri yaranıb. Sürücü müştəri axtarmır. O yalnız sifariş qəbul edir. Günlük nə qədər çox işləsə, daha çox qazanır. Qazanır məsələsində yanaşma da fərqlidir. Misal üçün şəxs bir şirkətdə işləyir. O sifarişi çox zaman qəbul etməkdən imtina edirsə, o halda düşür qara siyahıya. Taksi operatorları müştərini daha işlək sürücüyə yönəldir. Düzdü son zamanlar bəzi söz-söhbətlər var ki, sürücülər operatorlara da rüşvət verməklə, sərnişinləri onlara tərəf yönəltməyi sövq edirlər. Amma bunun nə qədər real olduğu mən də fat olaraq yoxdur. Yalnız bir-iki sürücüdən bu xəbəri eşitmişəm. 2015-ci ildə yeni London taksiləri Bakı şəhərinə gətiriləndə, yenə də qiymət artımından danışılırdı. Nəticədə vəziyyət dəyişməz olaraq qaldı. 2020-ci ildə də yeni London taksilərinin gətirilməsi ilə yenə də bu mövzu aktuallaşdı. Amma bu dəfə daha ciddi. Əvvəlla aşağıdakı sualla cavab verməyə çalışaq.

BNA niyə bu addımı atır?

Bakı Nəqliyyat Agentliyi qeyd edir ki, vahid tarif olacaq. 1. Burada minimal və maksimal hədd olacaq. Hər kəs də, taksi sifariş etdikdə buna əsasən qərar verəcək. 2. Taksi parkının yenilənməsi. Burada ən köhnə avtomobilin ili 10-12 il götürülüb. 3. Taksi sürücüləri əlil olmayacaq. Yəni burada kvota müəyyən ediləcək. 4. Qiymət artımı sürücülərin istismarına son qoyacaq. Sürücü konkret hamı üçün eyni məbləği bilməklə öz işini nizamlayacaq. Bundan əlavə son dövrdə avtobus və metronun da qiymətinin 50 qəpiyə qalxmağı görünür. Taksi qiymətinin aşağı olması bir başa müntəzəm marşurut avtobuslarına ziyan olacaq.Əvvəllki kimi taksi qiymətləri olsa, heç kəs avtobulsara minməyəcək. Pandemiya dövründə ictimai nəqliyyatdan metronun bağlanması səbəbindən daha çox istifadə olunur. Bir-çox şəxslər özlərini COVİD19 virusundan qorumaq üçün işə taksi ilə getməyi üstün tuturlar. Gündəlik gediş isə bəzi insanlara sərf edir.

Taksi həqiqətən də imkanlı insanlar üçündür?

Bu suala belə cavab vermək olar. Taksi imkanlı insanlar üçün deyil. Çünki imkanlı insanlar öz avtomobilləri var. Onların öz sürücüləri var. Taksi statusu imkanla bağlı deyil. Taksi mənzil başına daha tez çatmaq üçündür. Onun ucuz və ya baha olması rəqabət mühiti ilə bağlıdır. Rəqabət mühitində də sağlamlıq olmalıdır. Qiymətin də çox aşağı düşməsi sağlam mühitin olmaması ilə bağlıdır. Ola bilər BNA-nın  cəzalanan rəsmisi, bunu söyləmək istəyirmiş. `Amma əksinə olub. Hər halda vətəndaşların rəsmilərin danışdığı sözə reaksiyaları başa düşüləndir. Ümid edirəm ki, pandemiya dövründə belə tələsik addımlar atılmayacaq.

İqtisadçı-ekpsert Rauf Qarayev

 

Son xəbərlər
Digər xəbərlər