2022-ci ilin əvvəlində Apple dünyada kapitallaşması $3 trilyonu keçən ilk şirkət oldu. 10 ildən çoxdur ki, korporasiyaya Tim Kuk rəhbərlik edir. Onun hansı biznes qaydalarına əməl etməsi barədə Forbes yazıb.
2021-ci ildə Apple-ın baş direktoru Tim Kuk təxminən $100 milyon qazanıb ki, bu da əvvəlki illə müqayisədə 570% çoxdur. Yanvarın 14-ü Forbes Real-Time jurnalının məlumatına əsasən, onun sərvəti $1.5 milyardı keçib.
Kuk 10 ildən çoxdur ki, Apple şirkətinin qurucusu Stiv Cobsun yerinə baş direktor vəzifəsində çalışır. Şirkətin hesabatına əsasən, onun səhmləri bu 10 il ərzində 1100% bahalaşıb. 2022-ci ilin yanvarın 3-ündə isə texnologiya nəhənginin bazar dəyəri tarixdə ilk dəfə $3 trilyonu ötüb.
Apple-ın rəhbəri çıxışlarında hansı qaydalara riayət edir?
1. “Ürəyimdə mühəndis və analitika mütəxəssisi olsam da, həyatımdakı ən vacib qərarları bunu unutduğum zaman vermişəm. Onların hamısı intuisiyaya əsaslanırdı”.
2. “Başqasının həyatını yaşamağa vaxtınızı sərf etməyin. Sizdən əvvəl gələn insanları sizə yaraşmayan formada canlandırmağa çalışmayın”.
3. “Əgər xaos fabriki tikmisinizsə, onun məsuliyyətindən qaça bilməzsiniz”.
4. “Gecənin ortasında ağlına ideya gətirə biləcək insanları axtarmalısınız. Onlar bu ideyanı təbliğ etmək üçün çox həvəsli olmalıdırlar”.
5. “Müəllimləriniz sizi hazır vəziyyətə sala bilər, amma hazır qoyub gedə bilməz”.
6. “Düşünürəm ki, həmişə qaydalara əməl etməyə dəyməz. Qaydalar yaratmalısınız. Əgər tərtib edilmiş qaydalara ciddi əməl etsəniz, sonda başqalarından fərqlənməyəcəksiniz”.
7. “Mən süni intellektin insan kimi düşünmə qabiliyyətini əldə etməsindən narahat deyiləm, əksinə, insanların dəyərlər və mərhəmət olmadan, nəticələri düşünmədən kompüterlər kimi davranmağa başlamasından narahatam”.
8. “Məsələ ondadır ki, vaxtı gələndə hazır olmayacaqsınız. Olmalı da deyilsiniz. Təcrübə qazanmaq üçün cəsarətli olun. Narahat olmayın. Məsuliyyət daşımadan tanınmaq istəyənlər çoxdur. Fərqli olun. Geridə dəyərli bir şey qoyun. Lakin heç vaxt unutmayın: bunları özünüzlə apara bilməyəcəksiniz, başqalarına ötürməli olacaqsınız”.
9. “Haqlı olduğunuza əmin olduqda, mövqeyinizi qorumağa cəsarət edin. Problemlər və ya haqsızlıqlar görürsünüzsə, anlayın ki, onları sizdən başqa heç kim düzəldə bilməz”.
10. “Mən bir şeyi öyrəndim: texnologiya bizi dəyişmir, o sadəcə keyfiyyətlərimizi artırır – yaxşı və pis. Yaxşı keyfiyyətlərinizlə tanınmaq istəyirsinizsə, pis keyfiyyətlərinizə görə məsuliyyət daşıyın. Hər şey çox sadədir”.
11. “Biznes də idman kimidir – qalib kimin olduğu əksər hallarda yarış başlamazdan əvvəl bəllidir. Biz hər zaman doğru anın nə vaxt gələcəyini dəqiq deyə bilmərik, lakin hər zaman hazır ola bilərik”.
12. “Stiv Cobs dahi və uzaqgörən bir insan idi. Və heç vaxt düşünmürdüm ki, mənim rolum onu əvəz etməkdir. O, əvəzolunmazdır. Mən isə mənəm. Bütün diqqətimi Apple üçün əla CEO olmağa yönəltmişəm”.
13. “Bəşəriyyətə təsirinizi bəyənmə sayı ilə deyil, kəsişdiyiniz həyatlarla; populyarlıqla deyil, xidmət etdiyiniz insanlarla ölçün”.
14. “Edə biləcəyiniz ən pis şey – qarşınızdakı insanın gözlərinə yox, telefonunuzun ekranına tez-tez baxmaqdır”.
Materialda Tim Kukun MIT, Stenford, Fukua Biznes Məktəbi, Obern Universitetinin məzunları qarşısında çıxışlarındakı sitatlardan istifadə olunub.