27 C
Baku
Saturday, July 27, 2024

Vaxtınızı itirməmək üçün 8 qayda

1. Növbəti günə olan işləri planlaşdırmaq

Yatmazdan əvvəl sabah nə edəcəyini planlaşdırmaq tərifə layiqdir, amma heç nəyi unutmamaq üçün hə şeyi yazmaq daha yaxşıdır. İşləri əhəmiyyət dərəcəsinə görə bir-birindən ayırın, qeyd kitabçanızın səhifəni bundan ötrü iki sütuna bölə bilərsiniz. Birinci sütuna təxirə salınması qeyri mümkün işləri yazın. İkinci sütuna isə vacib, lakin fors-major hallarında növbəti günə keçirilə bilən işləri yazın. 

2. Çalışın ki, planlaşdırılmış işlərin böyük bir hissəsini günün birinci yarısında edəsiniz

Öz şəxsi işlərinizi həll etmək üçün nahar fasiləsindən istifadə edin (qohumlara zəng etmək, bankla kredit məsələsini müzakirə etmək, hesabları ödəmək və s). Axşamam minimumları saxlayın (usta ilə danışmaq, salona getmək, ərzaq almaq).

3. Ehtiyatları vaxtından öncə təzələyin. Onların tatamı ilə tükənməsini gözləməyin.

4. Təmir

Xarab olan, korlanan, müəyyən nasazlığı yaranan və ya iş keyfiyyəti azalan hər şeyi dərhal təmir edin. Həmin alətin və ya məhsulun tamamı ilə sıradan çıxmasına izn verməyin.

5. Əşyaları yerinə qoyun

Əşyalardan istifadə etməyi bitirən kimi, yəni işinizi qurtaran kimi əşyaları götürdüyünüz yerə qoyun. Bu sizə səliqəsizlikdən xilas olmaq imkanı verəcək.

6. Əşyaları konkret, dəqiq müəyyənləşdirilmiş yerlədə saxlayın.

Məsələn  bütün sənədləri ayrıca bir qovluğa və qutuya yığın, qəbzləri və çekləri də toplum halında müəyyən bir yerdə saxlayın.

7. Lazımsız əşyalardan qurtulun

Bəzi gərəksiz əşyalardan “qızıl ehtiyatı” yığıb saxlamaq lazım deyil ki, guya onlardan nə vaxtsa qeyri-adi nəsə düzüb-qoşacaqsınız.  Bu sizə səliqəsizlik və toz-torpaqdan başqa heç nə verməyəcək.  Həmçinin də sonra lazımı əşyaları yığmağa yer tapmağa çətinlik çəkəcəksiniz.

8. Həmişə yuxunuzu tam alın, idmanla məşğul olun və düzgün qidalanın.

Son xəbərlər
Digər xəbərlər