17 C
Baku
Saturday, May 18, 2024

“VAZ dairəsi” olan yolda sürücüləri sevindirəcək yenilik olacaq

Saray-Novxanı yolunda “VAZ-ın dairəsi” adlanan ərazinin ləğv edilməsindən sonra geriyə dönmək üçün sürücülərin üç kilometrlik məsafəni getməsinə ehtiyac qalmayıb.

Artıq avtomobillərin geriyə dönməsi üçün daha yaxın məsafədən şərait yaradılıb. Bildirilir ki, əvvəlkindən fərqli olaraq, geri dönmək üçün yer iki kilometr irəli çəkilib. Bununla da sürücülər əvvəlki kimi üç kilometr yox, bir kilometr yol qət etməlidirlər.

Qeyd edək ki, geri dönmə hissəsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrliyində, “VAZ dairəsi” kimi tanınan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq yaradılıb.

Xatırladaq ki, “VAZ-ın dairəsi” adlanan ərazinin ləğv edilməsi “Abşeron Gənclər Şəhərciyi”nin sakinlərinin, həmçinin Bakı Mühəndislik Universiteti tələbələrinin böyük narazılığına səbəb olmuşdu.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər