23 C
Baku
Saturday, April 20, 2024

Veb-dizayner – müasir əmək bazarında ən perspektivli peşələrdən biri

Veb-dizayner – saytın yaradılmasında iştirak edən əsas subyektlərdən biridir. Internet-resurs nə qədər rahat və informativ olarsa, o vizual olaraq bir o qədər daha yaxşı qəbul olunacaq; yekunda saytın işinin effektivliyi birbaşa olaraq veb-dizaynerin fəaliyyətindən asılıdır.

Veb-dizaynerlərin standart öhdəliklər siyahısı özünə aşağıdakıları daxil edir:

  • Yeni saytların sıfırdan başlayaraq konsepsiyasının hazırlanması və artıq mövcud olan İnternet-resursların modernləşdirilməsi
  • Saytın banner, ikonka, interfeys, Flash-animasiyalarla iş kimi elementlərinin işlənib hazırlanması
  • Promo-səhifələrin hazırlanması
  • Veb-tətbiqetmələrin (application) yaradılması

“Veb-dizayn” ixtisası bir çox sahələri özündə birləşdirir. Belə olan halda, veb-dizayner eyni zamanda səhifəbağlayan, kontent-menecer, SEO-optimizator kimi çıxış edə bilir. Işə götürənin qoyduğu tələblər siyahısı onun komandasında görmək istədiyi mütəxəssisin universallığından asılıdır.

Işə götürənlərin veb-dizayner vakansiyasına iddia edən şəxslərdə görmək istədikləri texniki bacarıq və qabiliyyətin siyahısı belədir:

  • Adobe Illustrator, Adobe Photoshop, GIMP və s. qrafiki proqram bilikləri
  • HTML‚ CSS‚ Java Script, jQuery kitabxana‚ AJAX elementləri ilə işləmək bacarığı
  • Müxtəlif brauzerlərdə səhifələrin xüsusiyyətləri haqqında biliklər
  • Veb-tətbiqetmələrin hazırlanması üçün PHP, MySQL ilə işləmək bacarığı tələb olunur.

Veb-dizaynerlər əsasən texniki işlər üzrə fəaliyyət göstərirlər, lakin işə götürən şəxs kor-koranə işləyən namizədə deyil, saytın istifadəliliyi və hansı alətlər vasitəsilə resursun irəlilədilməsi haqqında təsəvvürə malik olan namizədə üstünlük verəcək.

Estetik zövq – əgər işə götürən sadəcə olaraq şablonlardan istifadə etməyərək, özü də unikal məhsul yarada bilən mütəxəssis axtarırsa, onda bu amil namizədlərdən tələb olunan heç də axırıncı keyfiyyət olmayacaq. Veb-dizayn sektoru həmişə inkişaf edir, yeni həllər çoxluğu yaranır, uyğun olaraq, işə götürən də ümid edir ki, vakansiyaya namizəd şəxs bütün bu yeniliklərdən xəbərdardır.

İngilis dilini bilmək çox böyük üstünlük verir: İT sferasında vakansiyalar həm yerli, həm də xarici müştərilər üçün çalışan beynəlxalq şirkətlərdə çox tez-tez olur.

Əsas üstünlüklərdən biri də marketinq və internet-marketinqin əsaslarını bilməklə bağlıdır. Bu halda işə götürən ümid edə bilər ki, onun komandasında nəinki öz işinin mütəxəssisi, həm də şirkətin bazarda irəlilədilməsini təmin edən yeni ideyalar irəli sürməyi bacaran mütəxəssis var.

Veb-dizayner sferasında iş axtarırsınızsa, nəsiz keçinmək mümkün deyil? Təbii ki, portfolio – hazır şəkildə görülmüş işlər haqqında nümunələr götürmək mütləqdir.

Işə götürənlər ofisdə nəinki daimi iş yeri, həm də natamam və ya kənar iş yeri təklif edirlər. Əməkhaqqı işə götürənin ixtisaslaşma səviyyəsi, region və maliyyə siyasətindən asılı olaraq, orta hesabla 400-500 arasında dəyişir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər