12 C
Baku
Monday, November 25, 2024

Veblen paradoksu

Veblen paradoksu (Veblen effekti) – alıcılar tərəfindən malın qiymətinin aşağı düşməsi ilə onun keyfiyyətinin və nüfuzunun da aşağı düşməsi hesab edildiyi bir vəziyyətdir. Eynilə malın qiymətinin yüksək olduğu zamanda daha cəzbedici olması kimi. Bu vəziyyət tələbat haqqında əsas qanuna zidd olduğu üçün paradoks adlandırılır. Çünki məhsulun qiymətinin artması istehlakın azalmasına səbəb olur.

Veblen ziddiyyətinə əsasən məhsulun qiyməti artdıqca alıcılarda onu əldə etmək arzusu yaranır. Buna ən yaxşı nümunə kimi müasir incəsənət nümunələrini göstərmək olar.

Bu anlayış amerikalı sosioloq, iqtisadiyyatçı, publisist və futuroloq olan Thorstein Bunde Veblen təərfindən yaradılmışdır. O həmçinin “Sərbəst sinif nəzəriyyəsi”, “Sahibkarlıq nəzəriyyəsi” və s. kitabların müəllifidir. Veblen iqtisadiyyat və sosiologiyaya elmdə onun adı ilə bağlı “nüfuzlu və bariz istehlak” anlayışlarını gətirmişdir.

Veblen paradoksunun digər adı – snob effektidir.

Son xəbərlər
Digər xəbərlər