22 C
Baku
Thursday, October 23, 2025

Veqan ət istehsalçısı “Beyond Meat”in səhmləri 1400% bahalaşıb

Bitki mənşəli ət əvəzediciləri istehsal edən dünyanın ən böyük şirkətlərindən biri “Beyond Meat”in səhmləri dörd ticarət günü ərzində demək olar ki, 1400% artıb. “Bloomberg” yazır ki, bu vəziyyət bəzən pərakəndə investorların aktiv iştirakı nəticəsində “mem səhmləri” ətrafında yaranan süni canlanmanı xatırladır və kəskin qiymət sıçrayışlarına səbəb olur.

22 oktyabr tarixinə səhmlər qiymət artımını davam etdirib: pik nöqtədə onlar 112,4% qalxaraq 7,7 dollar səviyyəsinə çatıb. Müqayisə üçün, 16 oktyabr cümə axşamı ticarət sessiyası bağlanarkən qiymət 0,52 dollar olub. Bununla belə, “Beyond Meat” səhmləri 2019-cu ildəki tarixi maksimum səviyyədən hələ də 95%-dən çox aşağı qalır, “Bloomberg” qeyd edir.

“Beyond Meat” səhmlərinin bu qədər bahalaşması investorların real marağı ilə deyil, “short-squeeze” adlanan vəziyyətlə bağlıdır — yəni treyderlər zərər görməmək üçün qısa mövqelərini bağlamağa məcbur olduqda, qiymətlər kəskin qalxır. Bu fikri “AJ Bell” analitik şöbəsinin rəhbəri Danni Hyuson səsləndirib.

Hyusonun sözlərinə görə, “Beyond Meat”in “Walmart” ilə paylanmanı genişləndirməsi müsbət addımdır, lakin şirkətin qarşısında “uzun bir yol” var, çünki istehlakçıların bitki mənşəli ət alternativlərinə marağı azalıb. O hesab edir ki, vəziyyəti dəyişmək üçün şirkət müştərilərin marağını yenidən oyadacaq keyfiyyətli və münasib qiymətli məhsullar istehsal etməlidir.

Son xəbərlər
Digər xəbərlər