12 C
Baku
Monday, April 15, 2024

Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənib, tədqiqat və istismara hazırlıq işlərinə başlanılıb

“Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənib və orada tədqiqat və istismara hazırlıq işlərinə başlanılıb. Lakin sonradan sel suları ilə gələn partlamamış sursatlar yenidən təhlükə yaradıb. Bununla əlaqədar hazırda ANAMA tərəfindən həmin ərazilərdə yenidən müvafiq tədbirlər görülür”.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə – partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhlükəsizliyi təmin edən Azərbaycan Minatəmizləmə Agentliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir: “Son dərəcə riskli işlərinə görə biz ANAMA-nın və digər ixtisaslı qurumların əməkdaşlarına minnətdarıq.

Əminəm ki, mina probleminin həlli regionda meşə fondunun və biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların yaradılması, yaşıllıq massivlərinin artırılması və bununla da işğaldan azad olunmuş ərazilərdə ekosistemin bərpasına, sağlam ətraf mühitin yaradılmasına böyük təkan verəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər