Hitachi şirkəti istifadəçilərə barmaqların uclarındakı damarların xüsusi oxuyucu vasitəsilə oxunmasına əsaslanan yeni identifikasiya sistemini təqdim etdi. İnnovativ texnologiyanın tətbiq etmək üçün ilk Avropa ölkəsi olaraq Polşa nəzərdə tutulub. Pilot layihəni Polşa banklarına servis xidmətləri üzrə ixtisaslaşmış Itcard S.A., şirkəti həyata keçirəcək.
Oxuyucu yaxın infraqırmızı şüalanma mənbəyi və xüsusi CCD matrisalı kameradan ibarətdir. İnsanın damarlarında dövr edən hemoqlobin infraqırmızı şüaları udur və qan damarlarının unikal təsvirini yaradır. Beləliklə, texnologiya demək olar ki, səhvsiz olaraq ödəniş sistemi istifadəçisinin kimliyini aşkar edir.
Yalnış identifikasiya ehtimalı burada sığıra bərabərdir və bu da müştəriləri fırıldaqçılıq hallarından qorumağa və təhlükəsizliyin maksimum şəkildə təmin edilməsinə kömək edəcək. Bankomatdan pul çıxarmaq üçün şəxsiyyəti təsdiq etmək məqsədilə barmağı oxuyucuya yaxınlaşdırmaq lazımdır.
İdentifikasiya sistemi Finger Vain, onun həyata keçirilməsi üçün isə pilot lahiyə Planet Cash adlandırılıb. Proqram çərçivəsində Polşa ərazisində bu sistemlə işləyən 1,7 min bankomat quraşdırmaq planlaşdırılır. Bu texnologiya artıq Yaponiya, İsveç və Türkiyədə sınaqdan keçirilib.