2 C
Baku
Sunday, December 15, 2024

Vençur Kapitalı nədir?

Vençur Kapitalı – Elmi-texniki araşdırmaların, kəşflərin, ixtiraların, kiçik və yeni şirkətlər, startaplar tərəfindən aparılan hər hansı riskli, lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və maliyyələşdirmə forması və müvafiq mexanizmin elementidir. Sadə dildə desək Vençur kapitalı, bazarda yeni yaranan və özünə müvafiq yer qazanmaq uğrunda mübarizə aparan firmaların maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin investorlar tərəfindən yatırılmasıdır.

Vençur kapitalı bir çox hallarda birbaşa özəl investisiya qoyuluşunda istifadə edilir və adətən sərmayəçilər tərəfindən həyata keçirilir. Lakin, dövlət qurumları tərəfindən də bu növ investisiyalar yatırılmaqdadır. Bu tip investisiya qoyuluşları əsasən yeni və ya müflis olmaq təhlükəsi ilə üzbəüz qalmış şirkətlərin inkişafı üçün həyata keçirilir. Vençur sərmayəsi sonda çox yüksək gəlir gətirən investisiyalardır. Həmçinin, bu tip investisiyalar müəssisənin kapitalında pay sahibi olmaq üçün də istifadə olunur. Vençur sərmayəçiləri əsasən firmaların ilkin fəaliyyətinin maliyyələşdirilməsi ilə xarakterikdirlər. Lakin, şirkətlərin inkişafının müxtəlif səviyyələrində də vençur investisiyalarının yatırımlarına rast gəlmək olar.

Banklar və kredit qurumları adətən kredit riskinin minimum olduğu sahələrə üstünlük verirlər. Buna görə də startapların, kiçik şirkətlərin kreditlərdən istifadə etmək imkanı həmişə məhduddur. Şirkətlərin mövcud olması müddətinə dair sərt tələblər (3-5 il), onun aktivləri, minimum gəlir həcmi, kiçik şirkətlərin öz qiymətli kağızları ilə fond bazarına çıxmalarına mane olan tələblər həmin şirkətlərin qiymətli kağızlar bazarına çıxmasını praktiki olaraq qeyri-mümkün edir. Bu vəziyyət kiçik tədqiqatlarla və tətbiq layihələri ilə məşğul olan firmalarının fəaliyyətinin maliyyələşdirilməsi üçün vençur maliyyələşdirməsi normasının yaranması vacibdir.

Vençur kapitali hardan əldə edilir? Vençur kapitali şirkəti nədir?

Kiçik innovasiya müəssisələrinin (startapların) vençur maliyyələşdirilməsi inkişaf etmiş ölkələrdə ixtisaslaşmış maliyyə qurumları vasitəsilə həyata keçirilir. Bu məqsədlə müxtəlif qaynaqlardan (iri korporasiyaların vəsaitləri, banklar, şəxsi əmanətlər, pensiya və xeyriyyə fondları, sığorta şirkətlərinin fondları və s.) istifadə edərək kiçik innovasiya müəssisələrini maliyyələşdirmək üçün xüsusi vençur investisiya fondları (bundan sonra Vençur Kapitalı Şirkəti) formalaşdırılır. Vençur kapitalından istifadə, innovasiya prosesində prinsipial əhəmiyyət kəsb edən amildir. Belə layihələr o vaxt böyük müvəffəqiyyət qazanmaq şansına malik olur ki, onlar kiçik texnoloji şirkətlər vasitəsilə yerinə yetirilir. Müxtəlif səbəblər ucbatından iri şirkətlərin riskli layihələri reallaşdırması çətindir. Vençur kapitalı müvafiq maliyyə alətlərinin köməyi ilə yüksək riskli layihələrin dəstəklənməsində iştirak etməyə qadirdir. Məsələn, kompüter texnologiyalarında ciddi müvəffəqiyyət qazanmış şirkətlərin hər biri vençur kapitalının hesabına maliyyələşdirilmişdir.

Vençur Kapitalı Sənayesinin 4 əsas elementi vardır. Elementler aşağıdakı şəkildədir.

1475922596 98611 b

 

1. Startaplar yaxud təşəbbüskarlar –  Hansı ki, ideyası olub, pulu olmayan və bir ideya üzərindən pul qazanmaq istəyən fərdlər

2. Fərdi İnvestorlar – Sərbəstləşmiş pul vəsaiti olan və bu vəsaiti yatırama çevirib daha çox pul qazanmaq istəyən şəxslər

3. Investisiya Bankerləri – Yeni layihələrin hissələrini stoklarda başqa iri korporasiyalara satan maliyyə insitutlarının bir parçası

4. Vençur Kapitəlistlər – Bütün bu prosedurun həyata keçirilməsini təmin edən vasitəçilər


KİFAYƏT QƏDƏR İNKİŞAF ETMİŞ ŞİRKƏTLƏRƏ VENÇUR KAPİTALI ŞİRKƏTİ YARATMAQ NƏ QAZANDIRIR?

Vençur Kapitalı Şirkətləri, gələcək vəd edən, innovativ yanaşma tərzi olan və müasir zamana ayaq uyduran kiçik şirkətlərə və startaplara yatırım edərək, bu şirkətlərdən inişafı prosesində yanında olmağı və “ən yaxşı zamanda” ortaqlıqdan ayrılmağı hədəfləyən şirkətlərdir. Yəni, Vençur Kapitalı Şirkətləri təklif edilən məhsulu həyata keçirə bilmək üçün qurulacaq startapa hissə sənədləri qarşılığında maddi dəstək verərək və məhsulu hazırlayan şəxs və ya qrupa (layihə sahibi) ortaq olmaqdadır. Vençur Kapitalı Şirkətlərinin ölkə iqtisadiyyatı baxımından ən əsas funksiyası, yaxşı bir fikirə sahib çıxaraq, bu fikirdən uğurlu bir şirkət yaratmaqdır. Eyni zamanda, yeni fikirlərin həyata keçirilməsinə köməkçi olaraq yaradıcılıq, innovasiyalar və startap mədəniyyətinə təşviq etməkdədir. İstər inkişaf etmiş istərsə də inkişaf etməkdə olan ölkələrdə, adətən ölkə iqtisadiyyatı içərisində ən az 90% kiçik və orta ölçülü şirkətlər eləcə də startaplar adətən çox innovativ ideyalara sahib olmaqla bərabər, bu ideyaları həyata keçirib milyonlar əldə etmək üçün başlanğıc kapitala sahib olmurlar. Misal olaraq ölkəmizdə Startaplar bank kreditlərindən kifayət qədər faydalana bilmirlər. Vençur Kapitalı Şirkətləri, Startapların yenilikçi layihələrinə öz maddi dəstəkləri ilə köməkçi olaraq bu firmaların maliyyə problemlərini həll edə bilirlər. Bu faydaları səbəbi ilə, Vençur Kapitalı Şirkətləri, ölkə iqtisadiyyatında vacib rol oynayırlar. Vençur Kapital Şirkətləri üçün yatırım etdikləri startapların hətta 25-30%-i reallaşdırılsa belə yatırdıqları kapital geri qayıdır. Bu onlar üçün ən gəlirli investisiya sayılır.


Vençur Kapitalı Şirkətləri üçün başlıca cəlb edici sahələr hansılardır?

1-İnformasiya Kommunikasiya Texnologiyaları;
2-Kompüter avadanlığının istehsalı və proqram təminatı
3-Rabitə və multimedia avadanlıqlarının istehsalı
4-İnternet və elektron biznesin inkişafı
5-Həyat elminə daxil olan sahələr
6-Biotexnologiya üzrə yeniliklər
7-Tibbi avadanlıqların istehsalı

Vençur kapitali şirkətlərinin əsas xüsusiyyətləri hansilardir?

Yuxarıdakı açıqlamalardan da anlayacağınız kimi, Vençur Kapitalı investisiya ortaqlıqlarının əsas xüsusiyyətləri bunlardır:

1475922596 98611 b– Vençur Kapitalı bir investisiya ortaqlığı olmaqla bərabər fərqli bir status və proseduru əhatə etməkdədir

– Yeni, dinamik, sürətli artım və qazanc potensialı göstərən layihələrə uzun müddətli investisiyalar edərlər. İnvestisiyanın formatı ortaqlıq olub, faiz alınma məsələsi yoxdur.

– İnvestisiya edilən startapın hissə sənədi satın alınaraq şirkət idarəsinə qoşulmaqla bərabər məqsədi, şirkətin idarəsini əlinə keçirmək deyildir (olmamalıdır) . Məqsədi, şirkətin məhsul və xidmət istehsalına köməkçi olub şirkətin böyüməsini və daha qazanclı olmasına şərait yaratmaq və daha sonra da əlindəki şirkət hissələrini daha yüksək qiymətdən sata bilməkdir.

– Şirkətlərin başlanğıc sərmayələri üçün yaxşı bir mənbədir.


Hal-hazırda Azərbaycanda da vençur fondları mövcuddur – “Khazar Ventures” və “İnfipro” – informasiya texnologiyası, internet və proqram təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən vençur kapitalı şirkətləridir. Könül istərki bu şirkətlərin siyahısına onlarla daha başqa Vençur Kapitalı Şirkətləri əlavə edə bilək. Ümid edirik ki, yaxın zamanlarda bu haqda yazacağımız növbəti məqaləmizdə daha fərqli Vençur Kapitalı Şirkətlərinin də adını görək. Bizim məsləhət isə ondan ibarətdir ki, Azərbaycanda kifayət qədər tanınmış ənənəvi biznes sahələrində çalışan investorlar var və bu investorlar ilkin növbədə bir Vençur Şirkəti yaradaraq birlik halında toplanmalıdırlar. Bu insanlar yerli startaplara yatırım edərək, həm ölkənin inkişafına həm də öz kapitallarını 1-ə 5 artırmağa nail ola bilərlər.

Technote

Son xəbərlər
Digər xəbərlər