7 C
Baku
Saturday, April 13, 2024

“Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur”

Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“Vençur maliyyələşməsi ilə bağlı, ümumiyyətlə bu istiqamətdə zəruri olan ayrıca qanunvericilik toplusu da hazırlanmaqdadır. Biz İqtisadiyyat Nazirliyi ilə birgə bu istiqamətdə işləyirik. Ümid edirəm ki, bu Vençur fondunun yaradılması, bu fonda yatırılmış 11 milyon manat vəsait mütləq şəkildə ekosistemin formalaşmasına töhfə verəcək. Hətta bu pulların itirilməsi belə özü-özlüyündə ekosistemin inkişafına töhfəsini verəcək. İstər fondu idarə edənlər üçün, bu, böyük təcrübə olacaq, istərsə də fonddan vəsait almış strataplar. Ümid edirik ki, bizim uğur əmsalımız böyük olacaq. Hətta uğur qazanmamış startaplar üçün belə böyük təcrübə olacaq. Bu xarici investorların da bazara inamını artırmış olacaq”, – deyə R. Nəbiyev bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər