Martın 8-11-də İtaliyanın Venesiya regionunun iş adamları Azərbaycana səfər edəcəklər.
Venesiyanın Xarici Ticarət Palatası və Bakıda fəaliyyət göstərən İtaliya Ticarət Komissiyasının birgə təşkilatçılığı ilə keçiriləcək biznes görüşlər çərçivəsində hər iki ölkənin investisiya perspektivləri müzakirə olunacaq, maraqlı tərəflərin birbaşa görüşləri keçiriləcək.
Habelə iştirak edən şirkətlər üçün məhsul, bazar əlaqələrinin yoxlanılması aparılacaq, təklif olunan malların yerli bazara uyğunluğu qiymətləndiriləcəkdir.
©Azərtac