12 C
Baku
Saturday, November 23, 2024

Venesiya turist qruplarının sayına məhdudiyyət tətbiq etməyi planlaşdırır

Venesiya hakimiyyəti bələdçinin müşayiəti ilə turist qruplarının sayının azaldılması qərarını təsdiqləyib.

Şəhərin tarixi ada hissəsində, eləcə də Murano, Burano və Torçello adalarına qrup halında səfər edən turistlərin sayı 25 nəfərdən çox olmamalıdır.

Bu qərar hələ də Dövlət Şurası (parlament – Qeyd) tərəfindən təsdiqlənməlidir və bu halda 2024-cü il iyunun 1-dən qüvvəyə minəcək. Tədbirin təşəbbüskarlarının fikrincə, bu, gələcəkdə turist axınını daha yaxşı təşkil etməyə, eləcə də ictimai asayişi təmin etməyə imkan verəcək. Bundan əlavə, müəyyən səs həddini aşan bələdçi mikrofonlarının qadağan edilməsi planları var.

Bu, İtaliyanın ən çox ziyarət edilən şəhərlərindən biri olan Venesiyada “vəhşi turizmi” cilovlamaq üçün ilk cəhd deyil. Belə ki, şəhər rəhbərliyi gecələmədən bir günlük gələn turistlər üçün şəhərə bir növ “giriş bileti”nin tətbiqini artıq təsdiqləyib. Qiymət ilin dövründən asılıdır.

Pandemiya zamanı turizmin özü də azaldığı üçün tədbir hələ qüvvəyə minməyib. İndi İtaliyada turizm pandemiyadan əvvəlki səviyyəyə qayıtdığı üçün tədbirin yazda sınaqdan keçirilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər