Venesiyanın səlahiyyətliləri 2024-cü ilin yazından etibarən şəhərə bir günlük ziyarət üçün turistlərdən adambaşına 5 avro haqqı tətbiq etmək qərarına gəliblər.
“2024-cü ildə təcrübə müddəti təxminən 30 gün davam edəcək. Hansı ki, xüsusi təqvim yaxın həftələrdə şəhər şurası tərəfindən təyin olunacaq. Ümumiyyətlə, söhbət uzunmüddətli yaz tətilləri və yay həftəsonlarından gedir”, – Venesiya meriyasından bildirilib.
Bu tədbirlə şəhər səlahiyyətliləri şəhərdə gecələməyən və buna görə otellərdə turizm vergisi ödəməyən turist axınını məhdudlaşdırmaq istəyirlər.