Banker.az xarici KİV-ə istinadla xəbər verir ki, bu fikri Venesiya şəhərinin meri Luici Bruqnaro söyləyib. O bildirib ki, şəhərə birgünlük gələn turistlərdən giriş üçün ödənişin məbləği qeyri-mövsümi vaxtda 2 avro, mövsümi vaxtda isə 10 avro arasında dəyişəcək.
Luici Bruqnaro diqqətə çatdırıb ki, bu qayda turistlərin Venesiyanı tərk etdikdən sonra şəhərin nizama salınmasına vəsait ayırmaq imkanı yaradacaq.