10 C
Baku
Friday, December 13, 2024

Venesuela Çinə neft tədarükünü bərpa edib Venesuela Çinə neft tədarükünü bərpa edib

Venesuela ABŞ-ın sanksiyaları səbəbindən dolayı yollarla həyata keçirdiyi Çinə birbaşa neft tədarükünü bərpa edib.

TASS xəbər verir ki, bu barədə “Refinitiv Eikon” analitik şirkətinin məlumatlarında və Venesuela dövlət neft-qaz şirkəti olan PDVSA-nın rəsmi sənədlərində deyilir.

Agentliyin məlumatına görə, Venesuela neftinin birbaşa Çinə nəqlini bərpa etdirən ilk tanker avqustun sonlarında Xose limanında 1,8 milyon barel ağır neft yükləyərkən “Tanker Trackers” gəmi izləmə xidməti tərəfindən aşkarlanan “Kyoto” olub.

Qeyd olunub ki, PDVSA-nın müştərilərindən olan Çin Milli Neft-Qaz Korporasiyası və neft-qaz nəhəngi “PetroChina” 2019-cu ilin avqust ayından Venesuela limanlarında xammal yükləməyi dayandırmışdı. Bu, Venesuela şirkətinə qarşı ABŞ məhdudiyyətlərinin genişlənməsindən sonra baş vermişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər