12 C
Baku
Saturday, November 23, 2024

Venesuela ilə ABŞ şirkətləri neft hasilatı müqaviləsi imzalayıb

Venesuelanın dövlət şirkəti PDVSA və ABŞ-ın “Chevron” şirkəti Venesuelada neft hasilatı üzrə işləri davam etdirmək üçün müqavilə imzalayıb.

Bu barədə Venesuelanın iqtisadiyyat və maliyyə üzrə vitse-prezidenti Tarek əl-Ayssami məlumat verib.

“Bu gün ABŞ-ın “Chevron” şirkəti tərəfindən hasilat fəaliyyətinin davam etdirilməsi üçün mühüm müqavilələr imzaladıq”, – o vurğulayıb.

Vitse-prezident imzalanan müqavilələrin təfərrüatlarını açıqlamayıb.

Eyni zamanda, o, bir daha PDVSA-ya qarşı birtərəfli sanksiyaların aradan qaldırılmasına çağırıb: “Onlar nəinki ölkə iqtisadiyyatına böyük ziyan vurub, həm də strateji tərəfdaşlarımıza mənfi təsir göstərib”.

Son xəbərlər
Digər xəbərlər