Venesuela hökuməti ixracı stimullaşdırmaq üçün kakao ixracına tətbiq edilən rüsumu ləğv edib.
Bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib.
“Biz kömək üçün kompleks tədbirlər hazırlamışıq. İlk növbədə kakao və ondan hazırlanan məhsulları ixrac rüsumundan azad etdik”.
Maduro həmçinin Venesuelaya qeyri-ənənəvi kakao sortlarının gətirilməsini də qadağan edib.