17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Venesuela məhkəmə yolu ilə İngiltərə Bankından $1 mlrd. dəyərində qızılın qaytarılmasını tələb etdi

Screen Shot 2021 09 02 at 14.34.20

Venesuela Mərkəzi Bankı məhkəmə yolu ilə İngiltərə Bankından 1 milyard dollar dəyərində qızılın geri qaytarılmasını tələb edib.

Banker.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən “Reuters” xəbər agentliyi məlumat verib.

İddiada qeyd edildiyi kimi, Venesuela hakimiyyəti əldə olunan vəsaiti Covid-19 ilə mübarizə aparan BMT-nin inkişaf proqramının fondlarına göndərmək niyyətindədir. Sənədlərdə qeyd edilir ki, külçə satışından əldə olunan gəlir Venesuela sakinləri üçün tibbi avadanlıqlar, dərmanlar və qidanın alınmasına xərclənəcək.

İngiltərə Bankı Venesuela Mərkəzi Bankının iddiasını şərh etməkdən imtina edib.

“Bloomberg” in daha əvvəl verdiyi məlumata görə, yanvar ayında İngiltərə Bankı Venesuelaya 1,2 milyard dollar dəyərində qızıl külçələri qaytarmaqdan imtina etmişdir. Bu qərar ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo və milli təhlükəsizlik məsələləri üzrə məsləhətçi Con Boltonun İngiltərə kökumətinə təzyiq göstərməsindən sonra qəbul edilib.

Venesuela lideri Nikolas Maduro bildirir ki, ümumilikdə İngiltərə Bankında Venesuelaya məxsus olan 80 ton qızıl saxlanılır.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər