Rusiyanın “Mir” ödəniş sisteminin kartları Venesueladakı ticarət və xidmət müəssisələrinin terminallarında qəbul olunmağa başlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Mir ödəniş sistemi kartları Venesuelada ticarət və xidmət müəssisələrinin POS-terminallarında qəbul olunmağa başlayıb. Bu ölkədə bank cihazlarında Rusiya kartlarının qəbulu şəbəkəsinin genişləndirilməsi üzrə işlər davam etdirilir”, – deyə agentlikdən bildirilib.
Hazırda “Mir” kartları Abxaziya, Ermənistan, Belarusiya, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Cənubi Osetiyada qəbul edilir.
Bundan əvvəl Rusiya “Sberbank”ının rəhbəri German Qref “Mir” kart operatoruna alternativin mümkün yaradılması barədə məlumat vermişdi. Qref qeyd edib ki, hələlik konkret planlar yoxdur, lakin bazar iştirakçıları anlayırlar ki, bu sahədə rəqabət lazımdır.