Venesuela ABŞ tərəfindən tətbiq olunmuş sanksiyalara baxmayaraq, daha çox Çin istiqamətində neft ixracını artırır.
“Bloomberg” xəbər verir ki, noyabr ayında ölkənin neft ixracı üçqat çoxalaraq 500 min bareldən çox olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 48 faiz azdır. Hesabat dövründə neft hasilatı isə 484 min barel olub.
Qeyd edək ki, ABŞ-ın Venesuelaya qarşı tətbiq etdiyi bir sıra sanksiyalardan daha ağırı olanı “PDVSA” (Petroleos de Venezuela, S.A.) dövlət neft-qaz şirkətinin ABŞ-dakı 7 milyard dollarlıq aktivlərinin dondurulmasdıdır. Ötən gün isə ABŞ hökuməti Venesuela Prezidenti Nikolas Maduronu dəstəkləməkdə ittiham etdiyi Çinin “China National Electronics İmport & Export Corporation” (CIEIEC) şirkətini sanksiya siyahısına salıb.