Venesuela prezidentinin vəzifələrini icra edən Delsi Rodrigez neft-qaz sənayesinin daha da inkişaf etdirilməsi planlarını təsdiqləyib və milli birliyə çağırış edib.
O, bu barədə yanvarın 18-də “Telegram” kanalında paylaşım edib.
Rodriges bildirib ki, cəmiyyətin maraqları nəzərə alınmaqla neft-qaz sənayesi gücləndiriləcək, valyuta ehtiyatları isə məsuliyyətlə idarə olunacaq və qənaətlə istifadə ediləcək.
O, həmçinin ölkənin iqtisadi inkişafı üçün milli istehsalın fəal şəkildə stimullaşdırılmasının və idxaldan rasional istifadənin vacibliyini vurğulayıb.






