1 C
Baku
Saturday, December 14, 2024

Venesuela ötən həftə $40 mln. dəyərində qızıl satıb

Venesuela hökuməti, ABŞ-ın sanksiyalarına rəğmən, ötən həftə 40 mln. dollar dəyərində qızıl satıb. Belə bir məlumatı “Bloomberg” agentliyi özəl mənbələrə istinadən yayıb.

Məlumata görə, Venesuela Mərkəzi Bankı iyulun 12-də təxminən 1 ton qızıl satıb. Agentlik alıcıların hansı ölkələr olduğunu göstərməsə də, BƏƏ və Türkiyənin bu ölkələr sırasında ola biləcəyi ehtimalını irəli sürüb. Qeyd olunur ki, rəsmi Karakas bu məsələ ilə bağlı açıqlama verməkdən çəkinib.

Agentlik bildirir ki, Venesuela aprelin əvvəlindən bəri ümumilikdə təxminən 24 ton qızıl satıb ki, nəticədə ölkənin qızıl ehtiyatı 8,1 mlrd. dollar həcminə düşüb.

Son xəbərlər
Digər xəbərlər