11 C
Baku
Thursday, April 17, 2025

Venesuela prezidenti fövqəladə iqtisadi vəziyyət elan edəcək

Venesuela prezidenti Nikolas Maduro ABŞ-nin elan etdiyi ticarət müharibəsi ilə əlaqədar ölkədə fövqəladə iqtisadi vəziyyət elan edəcəyini bildirib.

Bu barədə Venesuela lideri “Venezolana de Televisión” telekanalında çıxışı zamanı bildirib.

Venesuela lideri qeyd edib ki, ölkəsini bütün mümkün mənfi nəticələrdən qorumaq və qlobal iqtisadi müharibəyə cavab vermək üçün ticarət münaqişəsinin mənfi nəticələrini diqqətlə izləyir:

“Sabah mən Venesuela iqtisadiyyatını qorumaq üçün fövqəladə iqtisadi vəziyyət haqqında konstitusiya fərmanını imzalayacağam. ABŞ hökuməti qlobal iqtisadi qaydaları pozur, beynəlxalq ticarəti, iqtisadi qanunları və Dünya Ticarət Təşkilatını məhv edir. Maliyyə bazarlarının çöküşü bütün dünyaya və xüsusən də Amerika xalqına təsir edəcək”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər