Venesuela prezidenti Nikolas Maduro Qayana ilə mübahisəli olan Essekibo ərazisini “müdafiə zonası” elan edib.
Bu barədə “Ultimas Noticias” məlumat yayıb.
Federal Hökumət Şurasının iclasında Maduro bildirib ki, orada qaz, neft və faydalı qazıntıların çıxarılması üçün lisenziya verən departamentlər yaradılacaq.
Bölgə indi Venesuelanın 24-cü əyaləti, Qayana-Essekibo olacaq.
Maduro həmçinin Qayana tərəfindən fəaliyyət göstərən şirkətlərlə müqavilə bağlamağı qadağan etməyi təklif edib. O, bu məsələnin parlamentdə müzakirə olunmasını tapşırıb.