9 C
Baku
Monday, November 18, 2024

Venesuela Prezidenti Türkiyədə səfərdədir

Venesuela Prezidenti Nikolas Maduro iyunun 8-də Türkiyədə rəsmi səfərdədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı qonağı Ankarada Beştəpədə qəbul edəcək.

Bildirilib ki, görüşlərdə iqtisadi əməkdaşlıq başda olmaqla iki ölkə arasında əlaqələr və regional məsələr müzakirə olunacaq.

Məlumata əsasən, 2021-ci ildə iki ölkə arasında ticarət əlaqəsi 300 dəfə artıb. Bu il isə ticarət əlaqələrinin 1,5 milyard dollara çatdırmağı planlaşdırırlar.

Qeyd edək ki, Nikolas Maduro 4 il əvvəl Türkiyədə səfərdə olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər