13 C
Baku
Friday, November 22, 2024

Venesuela yeddi ölkədən diplomatlarını geri çağırır

Venesuela hökuməti Nikolas Maduronun yenidən prezident seçilməsini tanımayan Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən olan diplomatlarını geri çağırır və bu ölkələrin hakimiyyət orqanlarından oxşar addımın atılmasını tələb edir.

“Venesuela Bolivar Respublikası hökuməti suverenliyimizə hücum olan alçaq presedentlə əlaqədar Argentina, Çili, Kosta-Rika, Peru, Panama, Dominikan Respublikası və digər ölkələrdəki diplomatik nümayəndəliklərin bütün əməkdaşlarını geri çağırmaq qərarına gəlib”, – mesajda deyilir.

İyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Venesuela Milli Seçki Şurasının protokolların 80%-i işləndikdən sonra dərc edilən bülletenə əsasən, Maduronu 5 milyon 150 min 92 seçici (səs verənlərin 51.2 faizi) dəstəkləyib. Onun əsas rəqibi, ifrat sağçı partiyaların namizədi Edmundo Qonzales üçün 4 445 978 nəfər (44.2%) səs verib.

Son xəbərlər
Digər xəbərlər