Venesuela Mərkəzi Bankı mərkəzi ofisində iki valyutadəyişmə məntəqəsi açıb. Bu barədə “Kommersant” xəbər verir.
Ölkədə 2003-cü ildən bəri heç bir qanuni valyuta mübadiləsi mənqəsi fəaliyyət göstərməyib.
Qeyd olunur ki, gələn həftə Venesuelanın digər bölgələrində də rəsmi valyutadəyişmə məntəqələri açılacaq.
Venesuela ərazisində ümumilikdə 300-dən çox mübadilə məntəqəsi açılacaq. Dollar və avro alqı-satqısı Venesuela Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnə ilə həyata keçiriləcək.
Qeyd edək ki, 2003-cü ildən 2018-ci ilədək ölkə vətəndaşları üçün valyuta mübadiləsi məhdudlaşdırılmışdı və qanunsuz mübadilə isə cinayət əməli hesab edilirdi.