Venesuelada həlak olanların xatirəsinə yeddi günlük matəm elan edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes VTV telekanalında çıxışı zamanı məlumat verib.
“Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərkən həyatlarını qurban verən gənc kişi və qadınların xatirəsinə yeddi günlük matəm elan etmək qərarına gəldim”, – deyə o bildirib.
Qeyd edək ki, Kuba hökuməti daha əvvəl ABŞ-ın keçirdiyi əməliyyat zamanı 32 kubalı zabitin həlak olduğunu açıqlamışdı.






