13 C
Baku
Friday, April 19, 2024

Venesuelada cari vəziyyət:  “Ən böyük banknot – 100 bolivar. Ona cəmi 1 yumurta almaq olur”

Artıq ikinci ildir ki, Venesuelada kəskin iqtisadi böhran davam edir: 100%-lik inflyasiya, defisit, ölkənin milli valyutası olan bolivarın devalvasiyası, valyutanın bir neçə məzənnəsi və qara bazar. Bir qayda olaraq, bu ölkə haqqında məlumatı əcnəbi media vasitəsilə alırıq və ölkədə sadə venesuelalıların böhranın öhdəsindən necə gəldiyi haqqında real məlumatlara sahib deyilik.

“Meduza” nəşri Venesuela sakini Xuan Salasar (ad dəyişdirilib) ilə ölkədə həqiqətənmi tualet kağızı defisiti yaşanıb-yaşanmadığını soruşmuş və gündəlik həyati vacib məhsulları almaq üçün müştərinin özü ilə bir kisə pul aparması haqqında məlumatlar almışdır.

Xuan Salasarın 42 yaşı var. Ölkənin paytaxtı Karakasda doğulub, dövlət təhsil müəssisələrində təhsil alıb və iqtisadçıdır. Salasar siyasi və iqtisadi səbəblərdən bağlanan və yaxud müflis olan bir neçə şirkətdə işləyib. İki uşağı var. O Venesuelanı çox sevdiyini, lakin öz vətəni haqqında “acı gerçəkləri” qeyd etməli olduğunu deyir.

Tualet kağızı haqqında

Dünyanın istənilən nöqtəsində onlarla növ tualet kağızı almaq mümkündür, lakin Venesuelada yox. Bu ölkədə mağazaya gəlmək və rahatlıqla şəxsi gigiyena məhsulları almaq mümkün deyil, bunun üçün uzun növbələrdə gözləmək lazımdır. Bundan əlavə, şəxsiyyətin təsdiq edilməsi ilə “alış-veriş sistemi” mövcuddur. Bu sistemin iş prinsipi belədir: bazar ertəsi günü şəxsiyyətin vəsiqəsinin seriya nömrəsi 1 və 2 ilə bitənlər, çərşənbə axşamı 3 və 4 rəqəmi ilə bitənlər, çərşənbə günü 5 və 6, cümə axşamı günü 4 və 8, cümə günü 9 və 0 rəqəmi ilə bitənlər tualet kağızı ala bilər. Həftə sonları üçün isə bölgü belədir: şənbə günü seriya nömrəsi 1,2,2,4 və 5, bazar günü isə 6 və 7 rəqəmi ilə bitənlər alış hüququna malikdirlər. Alış-veriş etmək hüququn olduğu gün piştaxtada hər hansı məhsulu tapmaq isə böyük xoşbəxtlikdir.BN HH352 scanne J 20150307200803

Əyalətlərdə vəziyyət daha qəlizdir və demək olar ki, aylarla ora məhsul aparılmır. Nəticədə əyalətdə yaşayan əhali kütləvi şəkildə şəhərlərə axışaraq lazımi məhsulları axtarırlar. Bu zaman isə ikiqat bəxtin gətirməlidir. Həm seriya nömrəsi ilə, həm də piştaxtada məhsul tapmaq ilə. Özəl supermarketlər isə vəziyyəti sabitləşdirməyə kifayət etmir. Burada həyati vacib məhsullara deyil, ikinci və üçüncü dərəcəli məhsullara rast gəlinir. Evlərin önündə fəaliyyət göstərən kiçik mağazalar isə sadəcə olaraq bağlanıb. Venesuela yeganə ölkədir ki, çörək mağazasına gəlib çörəyin olub-olmadığı ilə maraqlanırsan.

İnflyasiya haqqında

Mərkəzi bankın məlumatına görə Venesuelada inflyasiya 180% təşkil edir, lakin reallıqda isə bu göstərici 500%-dir. İnsanlar bu ölkədə yaşamırlar, sağ qalmağa çalışırlar. Adi bir ailənin gündəlik olaraq normal qidalanması müzakirə mövzusu belə deyil. Vəziyyətdən yeganə çıxış yolu – bütün günü dövlət mağazasının qarşısında növbədə dayanmaqdır. Bu isə səhər saat 4-də oyanmaq və yüzlərlə insanla birgə növbədə dayanmaq deməkdir. Bəzən insanlar özlərini lazımi məhsullarla təmin etmək üçün işdən bütün 1 günlük icazə almalı olurlar.

Digər bir yol isə qara bazardan ərzaq məhsulları əldə etməkdir. Lakin qara bazarda bu məhsulların dəyəri bir neçə dəfə artıqdır. Belə bir nümunə gətirim: qarğıdalı ununun mağazadakı dəyəri 25 bolivardır, Karakasın qara bazarında bu unun qiyməti 400 bolivar, əyalətlərdə isə 800 bolivardır.

Pul yığmaqda da bir fayda yoxdur. Bütün bir il ərzində pul yığsan da, inflyasiya onu yox edəcək. Yığdığın pula bir televizor belə ala bilmirsən, nəinki maşın və yaxud ev. Orta əmək haqqı 27 min bolivar, ətin kilosu isə 4200 bolivar olduğu halda necə pul yığasan? Çox az boliviyalı ayda 40 min bolivardan çox qazanır. Bir çox insan gecə ac yatmağa məcburdur. Məktəblərdə uşaqların aclıqdan huşlarını itirməsi də artıq adi hala çevrilir. Ali təhsilli vətəndaşlar ölkəni tərk etməyə və xarici ölkələrdə iş tapmağa çalışır.

Qeyd edim ki, Venesuelada ən yüksək nominallı banknot 100 bolivardır. Ona cəmi 1 yumurta almaq olar. Makaronun bir paçkası 250 bolivardır.

Siyasət haqqında

Venesuelada siyasi vəziyyət Kubada olduğu kimidir. Burada bu prinsip əsasında yaşayırlar: Ya mənim tərəfimdəsən, ya mənə qarşısan. Əgər açıq şəkildə müxalifəti dəstəkləyirsənsə, səni vətən xaini hesab edirlər. Müxalifət tərəfindən təşkil edilən mitinqlər qanunsuz işləyən, lakin dövlətə tabe olan təzyiq qrupları ilə toqquşmalar ilə başa çatır.

Müxalifətin tələbi çox sadədir: ölkəyə əcnəbi investisiyalar cəlb etmək və investorların fəaliyyəti üçün hüquqi zəmin yaratmaq. Onlar yeni iş yerləri yaratmaqla çiçəklənməni təmin edəcəklər. Müxalifət dövlət xərclərinə nəzarət etmək və qanunu hər kəs üçün eyni vəziyyətə gətirmək istəyirlər.

Uqo Çaves və Nikolas Maduro haqqında

Venesuelanın keçmiş prezidenti Uqo Çaves əsl lider idi. O kütləni idarə edir, əhalinin aşağı təbəqələrini dəstəkləyirdi. Onun ideyalarının əksəriyyəti çox yaxşı idi və ona görə də o indi hörmətlə xatırlanır. Lakin yenə də onun hökmranlıq illərini “qızıl dövr” adlandırmaq olmaz. İqtisadiyyatda çiçəklənmə yaşanmadı. Neft qiymətləri Venesuelanın sabit vəziyyətini təmin edirdi. Lakin bu zənginliyi düzgün idarə edə bilmədilər. İndi qiymətlər enib və venesuelalılar keçmiş xətaların əziyyətini çəkir.Hugo Chavez Nicolas Maduro

Yeni prezident Nikolas Maduro onun davamçısı olsa da, əzəmətli lider deyil. Çavesin əksər tərəfdarları artıq Maduronun əleyhinədirlər. O hörmətini itirib. Prezident və onun tanışları hakimiyyət başındadırlar. Çünki onlar ali hərbi rəhbərliyi “almış” və əhalinin bir hissəsini silahlandırmışlar.

Son xəbərlər
Digər xəbərlər