23 C
Baku
Tuesday, April 23, 2024

Venesuelada ilin əvvəlindən inflyasiya həddi 10,665% çatıb

Venesuelada ilin əvvəlindən etibarən qiymət artımı təxminən 10.665% təşkil edib. Bu barədə bazar ertəsi Milli Məclisin Maliyyə komitəsinin rəhbəri, Rafael Guzman elan edib, TASS məlumat verib.

Qanunvericilik, prezident Nikolas Maduronun başçılıq etdiyi hökumətin siyasi rəqiblərinin nəzarətindədir.

«İyul ayında inflyasiya 125% olub, gündəlik-2.7%, ilin əvvəlindən isə artım 10 664.7% olub -Guzman Twitter səhifəsində yazıb. Məhz bu səbədnən Venesuelalılar küçələrdə etiraz edirdilər. Heç bir maaş və vəzifə artımı bu hiperinflyasiyanı saxlaya bilməz».

Venesuelada qiymət artımına dair rəsmi məlumatlar bir neçə ildir ki nəşr olunmayıb. MVF-nin proqnozlarına görə, Venesuelada inflyasiya ilin sonuna qədər 1 milyon faizə çatacaq.

Bu ay ölkə hakimiyyəti istiqrazlardan beş ədəd sıfırı yığışdıraraq  denominasiya keçirərərk yeni valyuta suveren Bolivarını Venesuela petro kriptovalyutasına birləşdirmək niyyətindədirlər.Bu valyutanın  birinin  qiyməti ölkədə istehsal edilən bir barrel neftin dəyərinə bərabərdir.

Son illərdə Venesuelada hiperinflyasiya ilə , valyuta devalvasiyası ilə  və əsas malların və dərman çatışmamazlıqı ilə müşahidə olunan.ciddi iqtisadi və sosial böhran yaşanır. Çətin vəziyyət bir çox Venesuelalıları vətənini tərk etməyə məcbur edir. Kolumbiya orqanlarının məlumatına görə , yalnız ötən il ərzində bu ölkəyə Venesueladan 1 milyondan çox adam köçürülüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər