Venesuela rəhbərliyi mayın 1-dən minimum əmək haqqının artırılması, həmçinin yeni sosial müavinətlərin təyin edilməsi barədə qərarlar qəbul edib.
“TASS” xəbər verir ki, bu barədə “Union Radio” məlumat yayıb.
Belə ki, ölkədə minimum əmək haqqı 400 min bolivar ( 2,35 ABŞ dolları) təşkil edəcək. Əvvəllər isə bu rəqəm 250 min bolivar idi.
Ayrıca, zəruri mallar üçün 400 min bolivar dəyəri olan talonların paylanacağı da gözlənilir. Beləliklə, bir vətəndaşın ay ərzində minimum gəliri təxminən 4,7 ABŞ dolları təşkil edəcək.
Venesuela son illərdə hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan kəskin sosial-iqtisadi böhran yaşayır. BMT-nin hesablamalarına görə, artıq 4,8 milyon insan ölkəni tərk edib. Beynəlxalq Valyuta Fondu hesab edir ki, ölkəni tərk edənlərin ümumi sayı 6 milyonu keçəcək.
©Report