3 C
Baku
Saturday, December 14, 2024

Venesuelada müvəqqəti hökumət yaradılacağı təqdirdə bu ölkəyə qarşı sanksiyaların ləğvi təklif edilib

Tramp administrasiyası Venesuelaya qarşı sanksiyaları bu şərtlə ləğv etməyi təklif edib ki, müxalifət partiyası və prezident Nikolas Maduronun Sosialist partiyası bir il ərzində azad prezident seçkiləri keçirilməsi məqsədilə müvəqqəti keçid hökuməti yaradılsın.

Rəsmi Vaşinqton tərəfindən Nikolas Maduroya və onun hökumətinə qarşı sanksiyaların köməyi ilə ilyarımdan artıq müddətdə davam edən təzyiqdən sonra ABŞ Dövlət Departamenti 13 bənddən ibarət plan elan edib. Azərtacın Vaşınqton bürosu bildirir.

Həmin plana əsasən, Maduro ölkənin lideri vəzifəsini müvəqqəti hökumətə güzəşt etməlidir. Bu hökumət Xuan Quaydonun müxalifət partiyasından seçilmiş iki nəfərdən, Maduronun Sosialist partiyasından seçilmiş iki nəfərdən və prezident səlahiyyətlərini müvəqqəti icra etmək üçün həmin dörd vəzifəli şəxs tərəfindən seçilmiş beşinci üzvdən ibarət olacaq. Hazırda fəaliyyətdə olan prezident sonrakı prezident seçkilərində iştirak edə bilməyəcək.

Əgər bu şərtlər qəbul edilərsə və Maduronu dəstəkləyən xarici təhlükəsizlik qüvvələri ölkəni tərk edərsə, onda Birləşmiş Ştatlar Venesuela hökuməti və bu ölkənin neft sektoru barəsində sanksiyaları dayandıracaq.

Venesuela hökuməti dərhal bu təklifə münasibət bildirib. Venesuelanın xarici işlər naziri Xorxe Arreas öz Tvittere səhifəsində mesaj vasitəsilə ABŞ Dövlət Departamenti tərəfindən təklif edilmiş (müvəqqəti hökumət yaradılması və sonradan sanksiyaların ləğv edilməsi xatirinə seçkilər keçirilməsi haqqında) planı rədd edib.

Son xəbərlər
Digər xəbərlər