Protokolların 80%-nin işlənməsindən sonra Venesuelanın hazırkı prezidenti Nikolas Maduro 51.2% səs toplayıb. Bu barədə ölkənin Milli Seçki Şurasının (MSŞ) sədri Elvis Amoroso məlumat verib. Qeyd edək ki, bu, hazırkı prezidentin üçüncü müddəti olacaq.
İlkin məlumatlara görə, cənab Maduronu 5 milyon 150 min 92 seçici dəstəkləyib. Onun əsas rəqibi sağçı namizəd Edmundo Qonzales 4 445 978 seçicinin (44.2%) dəstəyini qazanıb. Seçicilərin 4.6%-i seçkidə qalan 8 iştirakçıya səs verib.
Bu, Nikolas Maduronun 6 il müddətinə seçildiyi üçüncü prezidentlik müddəti olacaq. O, ilk dəfə 2013-cü il aprelin 19-da prezident səlahiyyətlərinin icrasına başlayıb. Argentina prezidenti Xavyer Miley artıq cənab Maduronun qələbəsini tanımadığını bəyan edib. Kuba lideri Migel Diaz-Kanel Bermudes isə əksinə, Venesuela prezidentini yenidən seçilməsi münasibətilə təbrik edib.