Venesuelada “X” sosial şəbəkəsinin işi dayandırılıb

Venesuela prezidenti Nikolas Maduro Milli Telekommunikasiya Komissiyasının “X” sosial şəbəkəsinin işinin 10 gün müddətinə dayandırılması barədə qərar imzalayıb, Banker.az bu barədə Vedomosti-yə istinadə xəbər verir.

“X” sosial şəbəkəsi Venesuelanı 10 günlük tərk edir!” – Maduro bildirib.

Venesuela prezidenti sosial şəbəkənin sahibi İlon Maskı nifrət, vətəndaş müharibəsi və ölümü qızışdırmaqda ittiham edib.

Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Nəticələrə əsasən, hazırkı prezident Maduro 51.2% səslə qalib gəlib.

İyulun 31-də G7 ölkələri Venesuela hakimiyyətindən prezident seçkilərində səsvermənin nəticələri ilə bağlı etibarlı məlumat dərc etməyi tələb edib. Maduro bütün protokolları təqdim etməyə razılaşıb. Avqustun 1-də ABŞ Edmundo Qonzales Urrutianı Venesuelada keçirilən prezident seçkilərinin qalibi kimi tanıyıb.

Son xəbərlər
Digər xəbərlər