9 C
Baku
Friday, December 13, 2024

Venesuelanın borc böhranı neft bazarına necə təsir edə bilər

Venesuelanın hazırda üzləşmiş olduğu borc böhranı ətrafında çoxsaylı suallar dolaşır. Banker.az The Wall Street Journal-da yer alan məqaləni şərh edərək bildirir ki, sözügedən bu suallardan biri də bu böhranın neft bazarına necə təsir edəcəyi ilə bağlıdır.

Bu həftə neft qiymətləri artan ehtiyatlar və enən tələbatla bağlı narahatlıqlar fonunda enirdi. Hələ ki, bazar iştirakçıları Venesueladakı potensial defolta deyil, məhz bu risklərə böyük əhəmiyyət verirlər.

Bir vaxtlar Venesuela Cənubi Amerikanın ən varlı ölkəsi idi. Belə ki, ölkə dünyanın ən nəhəng neft ehtiyatlarına sahindir. Lakin reytinq agentlikləri bu həftə ölkənin borc öhdəlikləri ilə bağlı defolt qeydə aldı: Karakas dövlət borcu ilə əlaqəli təqribən 200 milyon dollar ödəmədi. Bununla yanaşı, Rusiya çərşənbə günü 3 milyard dollardan çox olan Venesuela borcunu restrukturizasiya etməyə razılaşdı. İndi Karakasın Moskavaya borcunu ödəmək üçün 10 il zamanı var.

Venesuela əvvəl olduğu kimi digər kreditorlar qarşısında öz öhdəliklərinə cavab verməlidir, hansılar ki, ya borclarını gözləyə, ya da borcun restrukturizasiyası ilə bağlı danışıqlar prosesinə başlaya bilər.

Analitiklərin sözlərinə görə, Venesuelada maliyyə qeyri-sabitliyinin artması neft qiymətlərinə dəstək verə bilər. Belə ki, yenidən artan neft ehtiyatları bir qədər azala bilər. Bu həftə təqdim edilən məlumatlar gözləntilərdən daha güclü neft ehtiyatları artımını nümayiş etdirdi.

Goldman Sachs analitikləri keçən həftə Venesuelanın borcunun restrukturizasiya edilməsinin “ neft ixracı üçün logistik risklər yaradacağı, həmçinin alıcıları risklərin minimallaşdırılması yollarını axtarmağa vadar edəcəyi” ilə bağlı xəbərdarlıq etmişdi.

Venesuela borcunun restrukturizasiyası nəzəri olaraq daha çox maliyyə vəsaitlərini azad etməlidir. Lakin restrukturizasiya prosesi ölkə büdcəsinə təzyiq etsə və yaxud kreditorlar borc hesabına hər hansı dövlət aktivləri əldə etmək istəsələr, bu, ölkənin neft hasil etmək və ixrac etmək bacarıqlarını daha da məhdudlaşdıracaq.

Petroleos de Venezuela S.A. dövlət neft şirkəti yataqların köhnəlməsi və neftxidmətləri şirkətlərinin xidmətlərinin ödənilməsi üçün vəsait çatışmazlığı fonunda istehsalat templərini çətinliklə dəstəkləyir. Baker Hughes məlumatına görə, keçən ay Venesuelada cəmi 39 neft qazma qurğusu var idi ki, bu da 2003-cü ildən bu yana minimum hesab olunur. Venesuela öz neft ixracından gələn gəlirin təqribən 95%-ni əldə edir.

Bir neçə il əvvəl, Venesuela neft qiymətlərinin enməsindən güclü zərbə aldı ki, bu da ölkəyə dollar axınını dayandırdı. Ölkədə inflyasiya artdı, milli valyuta sürətlə dəyərdən düşdü, bütün ölkədə ərzaq və dərman çatışmazlığı müşahidə edilməyə başladı.

Daxili iqtisadi problemlərlə yanaşı, Venesuelaya onun dünya maliyyə bazarlarına əlçatanlığını məhdudlaşdıran sanksiyalar da tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər