ABŞ Prezidenti Donald Trampın neftinə heyran olduğu Venesuelanın böyük qızıl ehtiyatları da var.
ABŞ-ın hədəfində olan Venesuela yeraltı sərvətlər baxımından dünyanın ən zəngin ölkələrindən biridir.
Venesuelanın dərinliklərində gizlənən nəhəng yataqlar təkcə enerji ehtiyatları ilə deyil, həm də ən qiymətli metallarla doludur. Latın Amerikasının incisi olan Venesuela ABŞ tərəfindən yaxından izlənilən bir xəzinə hesab olinir.
Dünya Qızıl Şurasının ölkə hesabatlarına görə, Venesuelanın son illərdə (2023–2024) ümumi qızıl istehsalı ildə 20-40 ton arasında olub.
Venesuela Mərkəzi Bankının balans hesabatına görə, 2024-cü ilin sonuna olan məlumata görə, ölkənin ehtiyatlarında saxlanılan qızılın miqdarının təxminən 53 ton olduğu bildirilib.
ABŞ Prezidenti Donald Tramp dünən keçirdiyi mətbuat konfransında bunları iddia edib:
“Biz Venesuelada ABŞ-ın əsas neft şirkətlərini cəlb edəcəyik, onlar neft infrastrukturunun təmirinə milyardlarla dollar xərcləyəcəklər və ölkə üçün pul qazanmağa başlayacaqlar”.







