6 C
Baku
Tuesday, January 6, 2026

Venesuelanın vitse-prezidenti Maduronun azad edilməsi üzrə komissiya yaradıb

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Floresin azad edilməsi məsələləri üzrə komissiya formalaşdırıb.

AFP-nin məlumatına görə, xanım Rodrigez komissiyaya rəhbərliyi öz qardaşı — Milli Assambleyanın sədri Xorxe Rodrigezə, eləcə də ölkənin xarici işlər naziri İvan Pinto Xilə həvalə etməyi təklif edib. Onlar komissiyanın həmsədrləri təyin olunublar. Yeni qurumun tərkibinə, həmçinin, informasiya naziri Alfredo Nazaret Nyanyes də daxil ediləcək.

Yanvarın 3-də ABŞ hərbçiləri tərəfindən Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşının güc yolu ilə saxlanılaraq ölkədən çıxarılmasından sonra, vitse-prezident Delsi Rodrigez müvəqqəti dövlət başçısı təyin edilib. Nikolas Maduro məhkəmə tərəfindən vəzifəsindən müvəqqəti kənarlaşdırılmış elan edilməyib.

Son xəbərlər
Digər xəbərlər