10 C
Baku
Thursday, December 12, 2024

Venezuelanın yalnızca 10 milyard dollar pulu qalıb

Venezuelanın qızıl valyutası ehtiyatında yalnızca 10,5 milyard dollar vəsaiti qalıb. Ölkənin Mərkəzi bankına əsaslanaraq verilən xəbərlərə görə, bununla belə, Venezuela ilin sonuna qədər müxtəlif xərclər üçün təqribən 7,5 milyard dollar ödəməlidir.

Banker.az CNN Money-ə istinadən xəbər verir ki, son bir neçə ildir ki, ölkənin ehtiyatları sabit olaraq azalmaqdadır. 2011-ci ildə ehtiyat həcmi 30 milyard dollar olduğu halda, 2015-ci ildə 20 milyard dollara qədər endi. Nəşr bildirir ki, Venezuelanın ehtiyatının tam olaraq nə vaxt bitəcəyini təxmin etmək çətindir. Böyük ehtimalla bu zaman defolt elan ediləcək.

Ölkənin hazırda sahib olduğu 10 milyardın ehtiyatın 7,7-si qızılladır.

Ölkə neft qiymətlərinin enməsi səbəbindən kəskin maliyyə problemləri yaşayır. Hətta xam neftin 1 barreli 100 dollar olduqda, Venezuela büdcə tərəfindən planlaşdırılan xərcləri çətinliklə təmin edirdi.

Qiymətlər endikdən sonra vəziyyət daha da pisləşdi. Əsas olaraq, idxal həcmi iki dəfə azaldı ki, bu da əksər məhsulların defisitinə gətirib çıxardı. Gözləntilərə əsasən, bu il ərzində inflyasiya 1600%-ə çatacaq və 2018-ci ildə 2880%-ə qədər artacaq.

 

Son xəbərlər
Digər xəbərlər