“Amerika Birləşmiş Ştatları faktiki olaraq İran dəniz limanlarının blokadasını aradan qaldırıb və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb”.
Bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
“ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımıza düşən hissəni yerinə yetiririk”, – Vens əlavə edib.






