-1 C
Baku
Sunday, December 15, 2024

“Veon” telekommunikasiya holdinqi Ermənistandakı aktivini satır

“Veon” telekommunikasiya holdinqi Ermənistandakı aktivini (“Veon Armenia” şirkətləri, “Beeline”nın ticarət nişanı) yerli “Team LLC” şirkətinə satmaq qərarına gəlib.

Banker.az xəbər verir ki, bu barədə holdinqin mesajında deyilir.

Daha əvvəl verilən məlumata görə, ilin əvvəlində “Veon” şirkəti “Ucom” (abunəçilərin sayına görə “MTS” və “Veon”dan sonra üçüncü yerdədir) ilə danışıqlar aparıb.

“Team LLC” 2020-ci ilin aprelində Ayk Esayan və Akesandr Esayan tərəfindən təsis edilib.

Qeyd edək ki, Ermənistandan başqa “Veon” şirkəti Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Əlcəzair, Pakistan və Banqladeşdə fəaliyyət göstərir. Onun ən böyük səhmdarı Mixail Fridmanın “LetterOne” şirkətidir (47,9%).

Son xəbərlər
Digər xəbərlər